Azərbaycan Dövlət Neft Fondunun aktivləri artdı
08:39 21-05-2014
CƏMİYYƏT
Azərbaycan Dövlət Neft Fondunun aktivləri artdı
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2014-cü ilin yanvar-mart ayları üzrə gəlir və xərclərinə dair məlumatları açıqlayıb.
Fonddan verilən məlumata görə, bu ilin I rübündə ARDNF-ın büdcə gəlirləri 3 005,0 mln. manat, büdcə xərcləri isə 2 443,3 mln. manat təşkil edib.
2014-cü ilin ilk 3 ayı ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 006,8 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 2 991,2 mln. manat, tranzit gəlirləri 2,3 mln. manat, bonus ödənişləri 13,3 mln. manat olub.
Hesabat dövrü ərzində ARDNF-ın 2014-cü il büdcəsinin icrası çərçivəsində 2 342,6 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 70,1 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 5,6 mln. manat vəsait ayrılıb. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 5,1 mln. manat vəsait yönəldilib. 3,0 mln. manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə sərf olunub. 2014-cü ilin yanvar-mart ayları ərzində ARDNF-ın idarə edilməsi ilə bağlı xərcləri 16,9 mln. manat təşkil edib.
Cari ilin əvvəlində Ukrayna ilə bağlı hadisələrin nəticəsi olaraq fondun Rusiyadakı investisiyalarının qiymətlərində kəskin enmə müşahidə olunub. Bununla bağlı digər investisiyalardan əldə edilən gəlirlərə baxmayaraq, ARDNF-ın vəsaitlərinin idarə olunması cari ilin I rübü ərzində 1,8 mln. manat həcmində zərərlə nəticələnib. Sonrakı aylarda Rusiya şirkətlərinin səhmlərinin qiymətlərində sabitləşmə və müəyyən artım baş verib və 2014-cü ilin 1 yanvar-15 may tarixləri ərzində fondun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 87,8 mln. manat təşkil edib.
2014-cü ilin yanvar-mart ayları ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə ARDNF-ın büdcədənkənar gəlirləri 10,1 mln. manat olub. O cümlədən qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə fondun büdcədənkənar gəlirləri 60,8 mln. manat, dollar, avro, funt sterlinq və digər valyutalarının dəyişməsindən yaranan fərq üzrə fondun büdcədənkənar xərcləri isə 50,7 mln. manat təşkil edib.
2014-cü il aprelin 1-ə ARDNF-ın aktivləri 2014-cü ilin əvvəlinə (35 877,5 mln. dollar) nisbətən 2,07% artaraq 36 618,4 mln. ABŞ dollarına bərabər olub.
2012-ci ildən etibarən ARDNF qızılın alınmasına başlayıb. Bu il aprelin 1-nə Fond tərəfindən alınmış qızılın miqdarı 30 175 kq (970 146 troya unsiyası) təşkil edib.
Digər Xəbərlər
2024-12-27 12:40:21
2024-12-27 12:40:12
2024-12-27 12:39:05
2024-12-27 12:37:10
2024-12-27 12:09:12
2024-12-27 12:06:12
2024-12-27 12:04:08
2024-12-27 12:04:00
2024-12-27 12:01:04
2024-12-27 11:54:08
2024-12-27 11:52:19
2024-12-27 11:48:59
2024-12-27 11:46:50
2024-12-27 11:45:35
2024-12-27 11:43:57
2024-12-27 11:43:05
2024-12-27 11:40:35