KİVDF fərdi jurnalist yazılarının müsabiqəsinini elan etdi
KİVDF fərdi jurnalist yazılarının müsabiqəsinini elan etdi

20 may 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
KİVDF-dən "Unikal"a verilən məlumatına görə, Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açaraq iştirakçıları müzakirsi nəzərdə tutulmuş məsələlərlə tanış edib.
İclasın gündəliyində duran birinci məsələ ilə bağlı məlumat vermək üçün U.Mirzəyev sözü Fondun icraçı direktoru Vüqar Səfəliyə verdi.
Vüqar Səfərli "Milli Mətbuat"-ın yaranmasının 139-cu il dönümü ilə əlaqədar keçiriləcək "Fərdi jurnalist yazıları müsabiqəsi" üçün 10 istiqamət və hər istiqamət üzrə 3 mövzunun müəyyənləşdirilməsi təklif etdi. Təklif olunan mövzular Müşahidə Şurasının üzvləri, qəzet redaksiyaları və jurnalist təşkilatları tərəfindən müəyyənləşdirilmişdir. Mövzularla bağlı təkliflər Müşahidə Şurasının üzvlərinə təqdim edildi.
Təqdim olunan mövzular müzakirə olunduqdan sonra Müşahidə Şurasının üzvləri 10 istiqamət üzrə 30 mövzunu müəyyənləşdirdilər. Müşahidə şurasının üzvləri 30 qaliblər jurnalist üçün 1000 AZN, 10 nəfər həvəsləndirici yerləri tutanlar üçün isə 300 AZN məbləğində mükafatların verilməsi barədə qərar qəbul etdilər. Gündəlikdə duran ikinci məsələ KİV-lərə maliyyə yardımı müsabiqəsi qaydalarına və fərdi jurnalist yazıları müsabiqəsi qaydalarına təklif olunan dəyişikliklərin müzakirəsi oldu. Məsələyə Şura üzvləri tərəfindən baxıldıqdan sonra qaydalara müvafiq dəyişikliklərin edilməsi barədə qərar qəbul edilib.