Azərbaycandakı mobil operatorlardan birinə sərt suçlama
11:47 22-05-2014
CƏMİYYƏT
Azərbaycandakı mobil operatorlardan birinə sərt suçlama
Müştərisindən Nar Mobile-a cinayət ittihamı irəli sürüldü
Azərbaycanın tanınmış mobil rabitə operatoru müştərisini özündən narazı salıb. Belə ki, "Nar Mobile"abunəçisi kimi, bu operatorun internet xidmətlərindən də istifadə etdiyini yazan İlqar adlı oxucunun milli.az-a ünvanladığı məktubda problemlərlə üzləşdiyi deyilir.
"Təklif olunan internet paketlərindən birini aylıq abunə kimi istifadə edirəm. İş ilə əlaqədar olaraq tez-tez Azərbaycanın regionlarında ezamiyyətlərdə oluram. Problem də buradan yaranır. Bakı şəhərini tərk etdikdən sonra əksər bölgələrdə internet xidmətindən istifadə etmək mümkün deyil. Xüsusən də Gəncə-Qazax ərazisində. Hər dəfə müraciət etdikdə isə "araşdırıb sizə məlumat verəcəyik" deməklə işləri bitir. Heç bir məlumat almıram və problem də həll olunmur" - müştəri yazıb.
O daha sonra bildirib: "Bundan əlavə "Nar Mobile" operatorunun internet səhifəsində "İnternet bələdçisi" adlı bölmə var. Biz müştərilər buradan hesab haqqında məlumatlar əldə etmək və digər xidmətlər üçün istifadə edə bilərik. Həmin bu bölmədə mənə aid şəxsi məlumatlar ilk gündən yalnış göstərilib. Daha dəqiq desəm, qeydiyyat ünvanı. Üstəlik, bu azmış kimi demək olar ki, ən azı ayda 1 və ya 2 dəfə bu məlumat yenidən dəyişilir və təbii ki, tamamilə səhv, mənə aidiyyəti olmayan məlumatlarla. Müraciət etməyimə baxmayaraq, "Nar Mobile" tərəfindən heç bir tədbir görülmür", - deyə məktubda vurğulanır.
Oxucu, həmçinin qeyd edir ki, müştərilərə aid olan bu cür şəxsi məlumatları dəyişdirmək cinayət məsuliyyətlidir: "Çünki şəxsi məlumatların gizliliyi deyilən bir anlayış var ki, bu, onlara məlum deyil və üstəlik, mənim bir müştəri kimi məlumatlarıma texniki cəhətdən giriş və dəyişdirmə icazəsi olan "Nar Mobile" əməkdaşı da var. Belə görünür ki, "Nar Mobile" əməkdaşlarından kimsə bu məlumatları istədiyi kimi dəyişdirə bilirsə, deməli, həmin şəxs bu məlumatlardan istənilən məqsəd üçün istifadə edə bilər. Problemlərin həlli üçün "Nar Mobile" tərəfindən heç bir hərəkət görmədiyimə görə sizə müraciət edərək xahiş edirəm ki, bu problemləri saytınızda işıqlandırasınız".
"Azərfon"un ictimaiyyətlə əlaqələr şöbəsindən isə saytın soğrusuna cavab olaraq bildirilib ki, Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan "Nar Mobile" 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir: "Fəaliyyət göstərdiyi illər ərzində "Nar Mobile" daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə
abunəçilərinə ən sərfəli təkliflərini təqdim edib və abunəçilərin rəğbətini qazanıb. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır."Nar Mobile" hər zaman öz müştərilərini məmnun etməyə səy göstərib və məhz buna görə də şəbəkənin təkmilləşdirilməsi və xidmət səviyyəsinin artırılması üçün şirkət nümayəndələri tərəfindən müntəzəm olaraq iş aparılır. Göstərilən şikayətlə bağlı şirkət nümayəndələri abunəçi ilə əlaqə saxlayıblar və texniki nasazlığın səbəbini aşkar etməyə çalışıblar.
Qeyd olunmalıdır ki, texniki nasazlığın bir neçə səbəbi ola bilər, məsələn, baza stansiyası ilə məsafə, abunəçilərin deyilən ərazidə çox olması səbəbdən baza stansiyasının pik saatlarda həddindən çox yüklənməsi və sair.
İkinci məsələ internet bələdçisi xidməti ilə bağlıdır ki, bu xidmət abunəçilərin tam ratahlığını təmin etmək üçün yaradılmış və abunəçilərə internet vasitəsi ilə şəxsi hesabı yoxlama, tarif planının dəyişməsi, pulun keçirilməsi, xidmətlərin aktivasiya və ya deaktivasiya etməsi kimi imkanlarını verir.
Müraciət olunan hər iki məsələ ilə bağlı hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsi bəlli olan kimi abunəçiyə xəbər veriləcək".
Anar Məmmədov
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49