Mirdamət Sadıqova qarşı qara piar
11:49 22-05-2014
CƏMİYYƏT
Mirdamət Sadıqova qarşı qara piar
Bəzi qüvvələr İsmayıllının icra başçısı barədə əsassız propoqanda aparırlar
Məlum olduğu kimi, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov mətbuatda və sosial şəbəkələrdə prezidenti aldatmaq məqsədi ilə ağacların yarısını ağartdırması haqda xəbərlər yayılıb.
İcra hakimiyyətindən "Unikal"a verilən məlumatda isə yayılan xəbərlərin yalan olduğu bildirilib. Məlumata görə, bu xəbərlər yalandır və kimlər tərəfindənsə məqsədli şəkildə yayılır: "Həmin görüntülərin çəkildiyi yer Buynuz kəndinə gedən yolda, meşə ərazisindədir. Sahibkar Mahmud İsmətov Meşə İdarəsi ilə bağlanılan müqavilə ilə həmin ərazidən yer götürüb. Orada ət dükanı açmaq niyyətindədir. Biz həmin şəxslə də əlaqə saxladıq. O bildirdi ki, yağış yağdığından görülən işləri yarımçıq saxlayıb. Sonra kimsə məqsədli şəkildə bu görüntüləri lentə alıb".
İcra hakimiyyətindən o da bildirilib ki, prezidentin rayona səfəri çərçivəsində ağacların ağardılması ilə bağlı ümumiyyətlə, heç bir göstəriş verilməyib: " Ölkə başçısı rayonumuza səfər edərkən belə, icra hakimiyyəti tərəfindən ağacların ağardılması haqda göstəriş verilmir. Hansısa idarə və ya sahibkar öz ərazsində olan ağacları ağardırsa, bu onların şəxsi işidir. Bir məsələni də qeyd edək ki, ölkə başçısı rayonumuza səfər etsə belə, həmin ərazidən keçməyəcək. Çünki o yol İsmayıllı magistralından çox kənardadır. Bir daha qeyd edirik ki, mətbuatda yer almış bu cür xəbərlər doğru deyil. Kimlərin etdiyi məlum deyil, amma məqsədli şəkildə edildiyi aydındır".
İlkin Rzazadə
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49