Azərbaycanda tanınmış rejissor həbs edilib
11:41 24-05-2014
CƏMİYYƏT
Azərbaycanda tanınmış rejissor həbs edilib
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Ağalar İdrisoğlu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir.
Qeyd edək ki, Ağalar İdrisoğlunun dələduzluq əməli ilə bağlı bu ilin aprelində Daxili İşlər Nazirliyi də məlumat yayıb.
Həmin məlumatda qeyd edilir ki, 2012 və 2013-cü illər ərzində paytaxtın Nizami rayonu ərazisində yerləşən "Quesnet" şirkətinin Nəsir Hüseynov, Əhliman Camalov, Hüseyn Nuruyev, Ağalar Mehdiyev (İdrisoğlu), Asim, Qalıb, Elşən, Xatirə və Leyla adlı işçilərinin dələduzluq yolu ilə Bakı şəhər sakinləri Nəsib Qəhrəmanovadan 1850 manat, Qılman Nəsibovdan 1331 manat, İbrahim Məmmədovdan 2300 dollar, Rasim Qəhrəmanovdan 1500 manat, Fərhad Abdulovdan 1500 manat, İdris Şahbazovdan 1150 manat, Şamil Seyidzadədən 1650 manat, Pəhləvan Xudiyevdən 1220 manat, Rahim Cəfərovdan 1500 manat, Şəms Cabbarovadan 1455 manat, Ramilə Cəfərovadan 1425 manat, Sumqayıt şəhər sakini Hüriyyə Məmmədəliyevdən 3950 manat, Göyçay rayon sakinləri Samir İsrafilovdan 1175 manat, Elşən Əliyevdən 1500 manat, Füzuli rayon sakini Afət Alıyevdən 1650 manat və Beyləqan rayon sakini Müşfiq Şixəliyevdən 1850 manat almaları barədə Nizami Rayon Polis İdarəsinə aprelin 22-də ərizə ilə müraciət olunub.
Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb.
Digər Xəbərlər
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54