ADP ilə Müsavat arasında yeni savaş
11:46 24-05-2014
CƏMİYYƏT
ADP ilə Müsavat arasında yeni savaş
Müsavat Partiyası ilə ADP arasındakı savaşın alovu sönməmiş yeni bir qarşıdurma yaranıb. Bu dəfə də partiya funksionerləri qarşılıqlı ittihamlara başlayıblar.
Müsavat Partiyası Məclisinin üzvü, başqan müşaviri Mustafa Hacıbəyli Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun müxalifət liderləri ilə görüşməsini özünə təhqir hesab etməsi fikirlərinə münasibət bildirib. Başqan müşaviri ADP sədrinin ünvanına sərt fikirlər səsləndirib: "Sərdar Cəlaloğlunun fikirləri özünə aiddir. Çünki sual yaranır ki, təhqir olunmuş şəxs niyə özünü təhqir olunmuş hesab edir?". Müsavat rəsmisinin sözlərinə görə, əgər Cəlaloğlu həqiqətən də özünü təhqir olunmuş hesab edirsə, onda müxalifətçilik adından birdəfəlik imtina etsin: "Əgər belədirsə, onda görüşlərini müxalifətlə deyil, iqtidarla keçirsin. Çünki onun özü də əvvəllər belə bir təşəbbüs ilə çıxış etmişdi ki, hakim partiya ilə görüşməyə hazıram. Görünür bu səbəbdən, o müxalifətlə görüşməyi təhqir, iqtidar partiyası ilə görüşməyi isə şərəf hissi kimi qəbul edir".
Mustafa Hacıbəyli ADP sədrinin YAP funksionerləri ilə də görüşməyə layiq olmadığını qeyd edib və bildirib ki, əslində bu sualın cavabını da onun özü verməlidir: "Hər halda verilən sual onun özünə də aid olmalıdır ki, nəyə görə müxalifət liderləri ilə görüşməsini özünə təhqir hesab edir?"
Qeyd edək ki, Müsavat Partiyasının digər funksioneri, başqan müşaviri Səxavət Əlisoy da ADP sədrini sərt şəkildə ittiham edib və bildirib ki, onun Sərdar Cəlaloğluna yazığı gəlir. Məsələylə bağlı "Unikal"a açıqlama verən ADP sədrinin müavini Taliyyət Əliyev Müsavat funksionerlərinin fikirlərinin əsassız olduğunu bildirib: "Bu sayıqlamaları təbii qarşılayıram. Kim bunlar kimi düşünmürsə, bunlar kimi danışmırsa, o dəqiqə "hakimiyyətin adamıdır" zurnası işə düşür, başlayırlar həmin adamı qaralamağa və aşağılamağa. Necə ki, hakimiyyətdəkilər onlar kimi düşünməyənləri, onlar kimi danışmayanları ermənipərəstlikdə və xarici qüvvələrə yarınlanmaqda ittiham etdiyi kimi. Bu adamlar başqalarını ittiham etməkdənsə, uzağa yox, son bir ildəki fəaliyyətlərinə, öz müttəfiqləri arasındakı münasibətlərə baxsınlar. Populist şüarlarla cəmiyyəti aldadaraq bir yerdə olduqlarını, həlledici məqamda aradan çıxdıqlarını, öz müttəfiqlərinin qanına susadıqlarını nə tez yaddan çıxarıblar. Bu zavallılar yaxşı olardı ki, Müsavatın həmişə həlledici məqamda öz müttəfiqlərini niyə yarı yolda qoymaları haqqında fikirləşsinlər. Onda onlara çox şeylər aydın olacaq".
T.əliyev onu da bildirib ki, müsavatçılar S.Cəlaloğluna qısqanclıqla yanaşırlar. "Sərdar bəy, bir çox liderlər kimi ütülü danışmır. Həqiqət nədirsə, onu çəmiyyətə olduğu kimi çatdırır. Həqiqət də, çox vaxt acı olur", – deyə ADP yetkilisi bildirib.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55