"Prezident diqtə və təzyiqlə qərar qəbul etmir"
10:23 27-05-2014
CƏMİYYƏT
"Prezident diqtə və təzyiqlə qərar qəbul etmir"
Prezidenti İlham Əliyevin əfvlə bağlı verdiyi sərəncam Azərbaycanda fəaliyyət göstərən bir sıra hüquq müdafiəçiləri tərəfindən birmənalı qarşılanmadı. Bir sıra hüquq müdafiəçiləri onların siyahısındakı məhbus adlarının sərəncamda yer almamağından narazılıq etdilər.
Bəs, Prezident yanında Əfv Komissiyasının üzvləri bu barədə nə düşünür?
Millət vəkili, Prezident yanında Əfv Komissiyasının üzvü Azay Quliyev bildirib ki, Prezidentin sərəncamı ilə 170 nəfər əfv olunub: "Bu, çox böyük bir hadisədir. Neçə-neçə insan öz ailəsinə qovuşacaq. Əfv olunanlar 28 May-Respublika gününü öz ailə üzvləri ilə birlikdə keçirəcəklər. Bundan böyük sevinc ola bilməz. Bu, Azərbaycan prezidentinin Azərbaycan vətəndaşına humanist yanaşmasının nəticəsidir. Bu sərəncam bir daha onu göstərdi ki, Azərbaycan dövləti öz vətəndaşına humanist yanaşır və bu siyasət davamlıdır".
A.Quliyev təəssüflə bildirib ki, bəzi hüquq müdafiəçilərinin əfv sərəncamına verdiyi qiymət adekvat deyil:
"Çünki əfv sərəncamı ilə 170 nəfər insan öz ailəsinə qovuşacaqsa, bu, böyük bir addımdır. Ancaq bəziləri elə düşünür ki, Avropa Şurası, Avropa Şurası Parlament Assambleyası rəhbərliyinin Azərbaycana səfəri və səsləndirdikləri fikirlərdən sonra hər şey onların istədikləri kimi olacaq. İnsanlarımız bilməlidirlər ki, onların qayğısına qalan, daim onların yaxşı yaşamasını istəyən dövlətimiz və dövlət başçımızdır. Azərbaycan dövləti və Prezident İlham Əliyevlə təzyiq dili ilə danışmaq mümkün deyil. Prezident diqtə və təzyiq ilə qərar qəbul etmir. Azərbaycan oturmuş bir dövlətdir və onunla təzyiq dili ilə danışmaq səmərəsizdir".
Əfv komissiyasının üzvünün sözlərinə görə, təcrübə onu göstərir ki, öz əməlindən peşman olan və əfv olunması ilə bağlı müraciət edən məhbusun azadlığa çıxmaq şansı daha çoxdur: "Prosedur belədir. Məhkumun əfv olunması ilə bağlı müraciəti yoxdursa, o necə əfv oluna bilər?".
Digər Xəbərlər
2024-12-24 10:33:25
2024-12-24 09:49:00
2024-12-24 09:48:16
2024-12-24 09:20:00
2024-12-24 09:13:00
2024-12-24 08:55:44
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00