Vaqif Yusiflinin cəsarəti
10:59 28-05-2014
CƏMİYYƏT
Vaqif Yusiflinin cəsarəti
Qocaman tənqidçi Vaqif Yusifli gözlənilmədən üzvü olduğu Azərbaycan Yazıçılar Birliyinin ünvanına sərt tənqidlər səsləndirib. "Ədəbiyyat Qəzeti"nə (23 may, 2014) verdiyi müsahibədə o "təkcə AYB-nin fəaliyyətini yox, bütün ədəbi prosesi izlədiyini" bildirib, açıq şəkildə ifadə etməsə də Azad Yazarlar Ocağının və AYB-dən kənarda olan digər ədəbi qüvvələrin fəaliyyətini izlədiyini dilə gətirib.
Vaqif Yusifli Azərbaycan Yazıçılar Birliyinin yaxınlaşmaqda olan qurultayından danışarkən qurultayın nizamnaməyə uyğun olaraq vaxtında keçirilmədiyini vurğulayıb. Yazıçılar Birliyinin heç kəsə lazım olmayan təşkilat məsələsindən danışan V.Yusifli "bu illər ərzində Yazıçılar Birliyinin ədəbiyyatın inkişafında müəyyən xidməti olduğunu" etiraf edib, AYB-nin istedadlı yazarlara qiymət vermədiyini ifadə etməyə çalışaraq "istərdim ki, AYB istedadlı yazıçılara qiymət versin" deyib.
Vaqif Yusifli Azərbaycan Yazıçılar Birliyində tərəfgördülük hallarını tənqid edərək "bu gün lazım olmayan əsər haqqında bəzən bir il mətbuatda yazılar dərc olunur, ancaq həmin əsərdən heç də geri qalmayan bir mətn haqqında hamılıqla susuruq" deyib. Bundan başqa, peşəkar tənqidçi Ədəbiyyat Qəzetinin uzun illərdən bəri oxunaqlı qəzet olmadığını cəsarətlə ifadə edib, Elçin Hüseynbəyimlinin redaktor olmasıyla onun əsl ədəbiyyat qəzetinə çevrilməsini də açıqlayıb.
Aygül Portakal
Digər Xəbərlər
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55