Əkbər Hacıyevə daha bir zərbə
11:05 28-05-2014
CƏMİYYƏT
Əkbər Hacıyevə daha bir zərbə
Onun səlahiyyətləri "ASAN Xidmət"ə verildi
Əhalinin qazla təchizat sistemində yeniliklər var. Həmçinin təhlükəsizlik tədbirlərinin gücləndirilməsi də nəzərdə tutulur. Belə ki, ARDNŞ-in tərkibində olan və Əkbər Hacıyevin rəhbərlik etdiyi "Azəriqaz" İstehsalat Birliyinin (İB) abonentləri sayğaclaşma ilə bağlı, bir sıra xidmətləri müştəri xidməti şöbəsilə yanaşı "ASAN xidmət" mərkəzlərinə müraciət etməklə də həyata keçirə biləcəklər.
"Azəriqaz" İB-nın müştəri xidməti şöbəsinin rəisi Fərid Mustafazadənin sözlərinə görə, göstəriləcək xidmətlərə itirilmiş smart kartın bərpası, eyni zamanda artıq qeydiyyatda olan və yerli qaz istismar sahəsində təsdiq olunmuş məcburi köçkün abonentlərinin limitlərinin verilməsi, saldonun çap olunması və borc haqqında məlumatın verilməsi, smart sayğaclardan istifadə edən abonentlərin şəxsi məlumatlarında dəyişikliklərin edilməsi və bu tipli sayğacların istismarı ilə bağlı məlumatların verilməsi aiddir.
İndiyə qədər bu, xidmətlər yerli qaz istismar sahələrində həyata keçirilirdi. Artıq yaşadığı yerdən asılı olmayaraq abonentlər 1, 3 və 4 saylı "ASAN xidmət" mərkəzlərinə də müraciət edə bilərlər.
Sturuktur dəyişiklikləri və təkmilləşdirmə işləri çərçivəsndə "Azəriqaz" İB-də bir sra ixtisarlar da həyata keçirilib. Bu zaman isə ixtisaslı kadrların saxlanılması və ya ixtisasına uyğun işlə təmin edilməsi də nəzərdə tutulub. Həmçinin keyfiyyətli xidmət üçün qurum daxilində bir neçə yeni şöbə yaradılıb. Bunlardan biri Bakı şəhəri və Abşeron üzrə altı aydan bir abonentlərin binadaxili və mənzildaxili kəmərlərinə texniki baxış keçirəcək. Xarici və yeraltı qaz kəmərlərinə baxış isə xaricdə təcrübə keçmiş başqa qurum tərəfindən aparılacaq.
"Azəriqaz" İB-nın baş direktorunun müavini Ruslan Əliyev deyib ki, qaz kəmərlərinə baxış keçirmək üçün bu sahədə xarici təcrübəsi olan qurumla müqavilə bağlanıb: "Xüsusi mobil maşınlar olacaq və mobil maşınlarda qurğular yerləşdiriləcək ki, onunla 20-25 metr məsafədən, həm yeraltı, həm də yerüstü qaz sızmasını aşkar edəcək".
Regionlardakı abonentlərə keyfiyyətli və yerində xidmət göstərmək üçün 8 qaz istismar idarəsinin yaradılması planlaşdırılır. Artıq ilk belə mərkəz - Zaqatala Qaz İstismar İdarəsində fəaliyyətə başlayıb.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00
2024-12-24 16:09:52
2024-12-24 16:08:00
2024-12-24 15:39:35
2024-12-24 15:13:09
2024-12-24 14:57:25
2024-12-24 14:54:37
2024-12-24 14:45:07
2024-12-24 14:43:48
2024-12-24 14:42:19
2024-12-24 14:41:34
2024-12-24 14:35:00
2024-12-24 14:05:11