Orduda anlaşılmaz təyinatlar
11:06 28-05-2014
CƏMİYYƏT
Orduda anlaşılmaz təyinatlar
Zakir Həsənov nazir təyin olunandan sonra bütün diqqət orduda başlanan islahatlara yönləndi. Əksəriyyə hesab edirdi ki, nazirin ilk addımı nazirliyin baş qərargah rəisi Nəcməddin Sadıqovu işdən çıxartmaq olacaq.
Amma bu tam əksinə oldu və Nəcməddin Sadıqov nazirin sağ əlinə çevrildi. Hətta hərbi ekspert Üzeyir Cəfərov bəyan etdi ki, ordudakı kadr dəyişiklikləri məhz Nəcməddin Sadıqovun diqtəsi ilə həyata keçirilir. Çünki Zakir Həsənovun ordu ilə elədə bağlılığı yox idi və Daxili Qoşunlardan gətirdiyi bir neçə zabiti istisna etməklə heç kəsi tanımırdı. Amma təyinatlara diqqət yetirəndə maraqlı bir məqam ortaya çıxdı. Aydın oldu ki, yeni təyinatların əksəriyyətində Səfər Əbiyev faktoru nəzərə alınıb. Belə ki, Səfər Əbiyevin ordu sistemindən kənarlaşdırdığı və ya rütbəsini azaltdığı şəxslərin hər biri orduya yenidən təyinat aldılar ki, onlarında böyük əksəriyyəti buna layiq deyildilər. Həmçinin peşəkar zabit olsalarda, yalnız Səfər Əbiyevlə xoş münasibətdə olmalarına görə onlarla zabit ordu sistemindən uzaqlaşdırıldı. Bütün bunlar isə artıq kadr islahatları ilə bağlı inama köklü təsir etdi və müəyyən şübhələr ortaya çıxartdı. İlk növbədə aydın oldu ki, orduda ölüm faktları yenə davam edir və həyata keçirilən kadr islahatları buna təsir edə bilməyib. Bundan başqa dünənə qədər əksəriyyət hesab edirdi ki, Zakir Həsənov qərbmeyilli generaldır və Türkiyə ilə sıx əlaqələri olmasına görə NATO-ya meyilli olacaq. Amma həyata keçirilən kadr islahatlarına baxanda aydın olur ki, yeni kadrların əksəriyyəti Rusiyaya hansısa formada bağlılığı olan şəxslərdir. Zakir Həsənovun kadr islahatlarında növbəti şok gediş Elbrus Orucovun təyinatı oldu. Qeyd edək ki, Elbrus Orucov şübhəli generallardan biri kimi dəyərləndirilir və Şuşanın, Laçının işğalında onun qeyri-peşəkar davranışı xüsusi ilə qabardılır. Amma Elbrus Orucov şoku çəkilməmiş növbəti təyinat daha maraqlı oldu. Belə ki, Müdafiə naziri Zakir Həsənov Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə qoşunlarına yeni rəis təyin edib. Nazirin əmri ilə bu vəzifəyə Daxili Qoşunların sabiq zabiti Tofiq Abbasov layiq bilinib. Məlumatda qeyd olunur ki, Tofiq Abbasov adıçəkilən quruma rəis təyin olunmamışdan əvvəl Daxili Qoşunda mayor rütbəsində çalışıb. Bu günlərdə isə o, Müdafiə Nazirliyinə transfer olunaraq polkovnik-leytenant rütbəsi ilə təltif olunub. Əvvəlcə nazirliyin əməliyyat idarəsinə baş zabit, daha sonra isə Hava Hücumundan Müdafiə qoşunlarında rəis müavini kimi çalışıb. Qısa müddətdən sonra isə burada rəis vəzifəsinə yüksəlib. Maraqlı burasındadır ki, T. Abbasov polkovnik-leytenant olduğu halda, təyinatı general-mayor vəzifəsinə olub.Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat Xidməti ilə dəqiqləşdirmə aparmaq cəhdimiz baş tutmadı. Qurumdan münasibət bildirməkdən ötrü əvvəlcə bir neçə saat vaxt istədilər, sonra isə bu barədə rəsmi cavab verməyəcəklərini söylədilər.Ekspertlər bunu da bildirir ki, son təyinat kifayət qədər təhlükəli bir təyinatdır və Tofiq Abbasov bu sahəyə tam kənar şəxsdir. Ekspertlər hesab edir ki, Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə qoşunları orduda ən həssas bir sahədir və şəxsən prezident İlham Əliyevdə bu sahənin inkişafı üçün lazımi göstərişlərini verib. Tək bunu demək lazımdır ki, ordunun bu sahəsi üçün İsraildən milyonlarla manat dəyərində hərbi ləvazimatlar alınıb və bu sahənin yenidən qurulması prosesi gedir. Və belə bir məqamda qeyri-peşəkar bir şəxsin bu posta gətirlməsi ciddi fəsadlar yarada bilər. Çünki məlum sahədə kifayət qədər peşəkar mütəxəssislər var və onlarla Tofiq Abbasovun işləmə ehtimalı zəif görünür. Ekspert Üzeyir Cəfərov isə "Unikal"a açıqlamasında daha nikbin fikirdədir. O hesab edir ki, Tofiq Abbasov sadəcə olaraq bu sahədə bir idarəyə rəis təyin olunub və bunun üçün gözləmək lazımdır ki, özünü necə doğruldacaq. Ekspertin fikrincə son aylar baş verən bir sıra təyinatları
uğurlu təyinatlar hesab etmək olar. Bunu da qeyd edək ki, ekspertlərin ordudakı təyinatlarla bağlı fikirləri heç də üst-üstə düşmür.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49