Deputat: "Heydər Əliyev mənə dedi "Yaz, Elmira, yaz"
11:08 28-05-2014
CƏMİYYƏT
Deputat: "Heydər Əliyev mənə dedi "Yaz, Elmira, yaz"
Mayın 27-də "Buta" sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2014-cü il üçün elm, mədəniyyət və ədəbiyyat sahələrində Azərbaycan Respublikasının Dövlət mükafatları təqdim edilib.
Azərbaycan Respublikasının Dövlət mükafatları milli təsviri sənətin inkişafında xidmətlərinə görə Oqtay Sadıxzadəyə, konsert-ifaçılıq fəaliyyətinə görə Ramiz Quliyevə, "Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları" monoqrafiyasına görə Tofiq Nağıyevə və "Heydər Əliyev. Şəxsiyyət və zaman" altıcildlik roman-tədqiqatına görə Elmira Axundovaya təqdim edilib.
Modern.az saytı xəbər verir ki, deputat Elmira Axundova tədbirdə səsləndirdiyi qısa çıxışında ölkə başçısına minnətdarlıq edib.
Deputat çıxışınını olduğu kimi təqdim edirik.
"Hörmətli cənab Prezident!
Hörmətli tədbir iştirakçıları!
2003-cü il aprelin əvvəlləri dahi Heydər Əliyevlə şəxsi söhbətimdə onun haqqında bioqrafik roman yazmaq istədiyimi bildirdim. O mənə belə dedi: "Yaz, Elmira, yaz. Bu səndə heç də pis alınmır". Beləliklə ümummilli liderin şəxsi razılığı və xeyir duası ilə bu məsuliyyətli işə həmin vaxtdan başladım. Düz 10 ildən sonra, 2013-cü ilin aprelində, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xeyir duası və razılığı ilə "Heydər Əliyev. Şəxsiyyət və zaman" 6 cildlik bioqrafik romanın təqdimatı ilk dəfə olaraq yeni inşa edilmiş Heydər Əliyev Mərkəzində keçirildi. Daha bir ildən sonra hörmətli Prezidentimiz İlham Əliyev cənabları bu yüksək Dövlət mükafatını mənə şəxsən təqdim etdi. Dövlət mükafatı verilməsi haqqında AR Prezidentinin 512 nömrəli sərəncamı 2014-cü il 26 may tarixdə imzalandı, bu mənim doğum günümə təsadüf edir və məncə simvolik məna daşıyır. Mən deyərdim ki, yaradıcı insan üçün bundan daha böyük hədiyyə, mükafat ola da bilməzdi.
Bu on bir il müddət gərgin işi, daimi axtarışları, düşüncələrimi, yüzlərcə şahidlərlə müsahibələrimi, Heydər Əliyev şəxsiyyətinə hədsiz sevgi və ehtiramımı, ən əsası da böyük məsuliyyəti ehtiva edir. Bütün bu illər ərzində mən ilk növbədə hörmətli Prezidentimiz İlham Əliyevin diqqətini hiss etmişəm, dəstəyinə və inamına arxalanmışam, məhz onun razılığı ilə Heydər Əliyevin şəxsi arxivində işləmək kimi böyük bir şərəfə nail olmuşam. Mən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya və Fondun vitse-prezidenti Leyla xanım Əliyevaya da hədsiz dərəcədə minnətdaram. Çünki bu illər ərzində onlar Fondun xətti ilə kitabımın həm Respublikada, həm də onun hüdudlarından kənarda yüksək səviyyəli təqdimatlarını keçirib, geniş dünya ictimaiyyətini bu əsərlə tanış ediblər. Mən Heydər Əliyevin yaxınlarına, doğmalarına, onunla müxtəlif dövrlərdə işləyən insanlara minnətdaram ki, onlar dahi liderimiz haqqındakı öz dəyərli xatirələri ilə kitablarımı zənginləşdiriblər. Daha bir təşəkkürümü isə mənim namizədliyimin lehinə səs vermiş Dövlət Mükafatları üzrə Komissiyanın üzvlərinə və həmin Komissiyanın sədri, baş-nazirimiz cənab Artur Rasi-zadəyə bildirmək istəyirəm.
Hal-hazırda iş davam etdirilir və mən öz missiyamı ancaq o vaxt bitmiş hesab edərəm ki, 6-cildlik əsasında hazırlanan 3-cildlik müxtəlif xarici dillərə tərcümə olunaraq bütün dünyada yayılsın. Artıq bu prosesə start verilib və bu nəcib işdə mənə yenə də dəstək verilməsini sizlərdən xahiş edirəm.
"Dahi Heydər Əliyevin məşhur kəlamı var: "Mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram".
Söz verirəm ki, bu yüksək etimadı doğruldacağam və ömrümün qalan hissəsini Heydər Əliyevin ədəbiyyatda və publisistikada bədii təcəssümünə həsr edəcəyəm".
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33