AŞPA həmməruzəçisindən diqqət çəkən açıqlamalar
11:14 28-05-2014
CƏMİYYƏT
AŞPA həmməruzəçisindən diqqət çəkən açıqlamalar
"Leyla Yunusun təqdim etdiyi siyahı tamamilə şişirdilib"
Azərbacanda siasi məhbus məsələsi üzrə müzakirələr yenidən intesivləşib. AŞ PA-da Azərbaycanı istəməyən qüvvələr yenidən bu məsələni gündəmə daşımağa cəhdlər edirlər. Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik etməyə başlamasından istifadə edən qüvvələr bu ənənəvi aləti işə salmağa çalışırlar.
AŞ PA Daimi komitəsinin Bakıda keçiriln iclasında da bununla bağlı cəhdlər açıq-aşkar hiss olundu. Bəzi avropalı parlamentarilər hazırda həbsdə olan siyasi mənsubiyyəti olan məhbusların azadlığa buraxılması barədə məsələ qaldırmışdılar. Onlar növbəti 6 ayda Avropa Şurası Nazirlər Komitəsinin sədri olacaq Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun siyasi məhbus məsələsi ilə bağlı hökumətə təzyiq göstərməsi arzularını ifadə edirdilər. Amma nazirin həmin iclasda da qeyd etdiyi kimi, bu məsələ tamamilə hüquqi mahiyyət daşıdığından, nə onun, nə də digər hökumət rəsmisinin prosedura müdaxiləsi əslində işin gedişinə təsir göstərmək olacaqdır.
Amma nədənsə həmişə qanundan, hüququn aliliyindən ağız dolusu danışan bəzi avropalı parlamentarilər söhbət gəlib bu məsələyə çatanda hər şeyi unudur, dövlət rəsmisindən - icra hakimiyyətinin təmsilçisindən məhkəmə hakimiyyətinin işinə müdaxilə etmələrini istəyirlər. Bunun özü də avropalıların siyasi məhbus məsələsinə həqiqətən hüquqi deyil, öz maraqları çərçivəsində yanaşmasını göstərirlər.
Belə olmasaydı 2013-cü ilin əvvəlində AŞ PA-nın sessiyasında siyasi məhbus məsələsi üzrə məruzəçisi Kristofer Ştrasserin hazırladığı qətnamə layihəsi demokratik çərçivədə səsə qoyulub qəbul edilməyəndən sonra bu məsələ ümumiyyətlə gündəmdən çıxardı. Çünki avropalı parlamentarilər bir araya gəlib, hazırlanan qətnaməni, mövcud durumu azərbaycanlı deputatlar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ətraflı müzakirə etdikdən sonra yekun qərar vermişdilər. Bu qərara əsasən, parlamentarilər Azərbaycanda siyasi məhbus probleminin olmadığı qənaətinə gəlmişdilər. Amma belə olmadı. Avropalı parlamentarilər siyasi maraqlar naminə özlərinin qəbul etdikləri sənədləri qulaqardına vuraraq yenidən bu məsələni gündəmə gətirməyə çalışırlar.
Bu məsələnin nə qədər siyasiləşdirildiyini bu günlərdə Azərbaycanda işgüzar səfərdə olan AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Pedro Agramuntın BBC Azərbaycan-a müsahibəsində söylədiyi fikirlərlə tanış olarkən də hiss etmək mümkündür. Bu müsahibədə açıq-aşkar hiss olunur ki, həmməruzəçi Azərbaycanda siyasi məhbus probleminin olmadığını vurğulamağa çalışır, amma müsahibəni götürən jurnalist ondan zorla bu mövzuda tənqidi fikir söyləməsini istəyir. Ən diqqətçəkən məqam isə ondan ibarətdir ki, həmməruzəçi etiraf edir ki, Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı ölkədən Strasburqa düzgün olmayan məlumatlar çatdırılır. Təqdim olunan və sonradan bəzi avropalı parlamentarilərin əllərində bayraq etdikləri siyasi məhbus siyahıları həddindən artıq şişirdilir: "Azərbaycanda bir çox QHT-lər çox şey deyirlər, çoxlu sənədlər göndərirlər. Mən və cənab Debono hüquq müdafiəçilərilə, müxalifət partiyaları ilə görüşdük. Hamıya qulaq asırıq və sonra nəticələrə gəlirik. Amma fərqli heç nə olmayacaq. Həmişə eyni şeyləri eşidirik. Azərbaycanda "siyasi məhbuslar" məsələsinin ayrı hesabatı olmamalıdır. Bunu bir il əvvəl etdilər, indi yenidən başlamaq düzgün olmazdı". Həmməruzəçi konkret olaraq Leyla Yunusun təqdim etdiyi siyasi məhbus siyahısının həqiqəti kəs etdirmədiyini sözlərinə əlavə edib: "Biz Leyla Yunusla görüşdük, o da bizə 100-dən çox adamı əhatə edən böyük "siyasi məhbuslar" siyahısı verdi. Bu, düzgün deyil. Hamı bilir ki, bu rəqəm tamamilə şişirdilib".
Pedro Agramunt açıq mətnlə onu deyib ki, bəzi avropalı deputatların həyəcanla qaldırdığı məsələlər əslində Azərbaycanın daxili işidir.
Həmməruzəçi onların hazırladıqları məruzələrin yumşaq olması barədə iradları da rədd edib. Deyib ki, bu barədə ortaya atılan fikirlər doğru deyil: "2013-cü ilin yanvarında keçirilən səsvermədə hesabatımızı assambleyanın 90 faizi qəbul etdi. Növbəti səsvermə də yəqin ki 2015-ci ilin yanvarında olacaq və ümid edirəm onu da 80-90 faiz dəstəkləyəcək. Çox yaxşı hesabat idi, bu barədə heç bir narahatlıq yoxdur".
Bütün bunlar göstərir ki, Azərbaycanla birbaşa təmasda olan, ölkə reallıqlarını bilən AŞ PA həmməruzəçiləri də əslində söhbətin nədən getdiyini yaxşı bilirlər. Onlar bu məsələnin siyasi alətə çevrildiyinin fərqindədirlər. Ona görə də oynanılan oyunun aləti olmaq istəmirlər. Nə qədər çətin olsa da, faktın arxasınca gedib, həqiqəti müdafiə etməyə çalışırlar. Fikrimizcə, AŞ PA rəhbərliyi də özlərinin seçdiyi həmməruzəçilərin fikirlərinə hörmətlə yanaşmalı, onların gəldiyi qənaəti hazırlayacaqları məruzədə əks etdirmələrinə şərait yaratmalıdırlar.
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49