Azərbaycansız Avrasiya İttifaqı yaradıldı
12:04 30-05-2014
CƏMİYYƏT
Azərbaycansız Avrasiya İttifaqı yaradıldı
Əli Əliyev deyir ki, vahid dövlətin yaranması istiqamətində digər tədbirlərin də görüləcəyi heç kəsdə şübhə doğurmamalıdır
Qazaxıstanın paytaxtı Astana şəhərində Avrasiya İttifaqının yaradılması barədə müqavilə imzalanıb. Rusiya prezidenti Vladimir Putin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Belarus prezidenti Aleksandr Lukaşeneko Ali Avrasiya İttifaqının yaradılması barədə müqaviləyə qol çəkiblər.
Müqavilə 2015-ci ilin 1 yanvarından qüvvəyə minəcək və dövlətlərin yüksək iqtisadi inteqrasiyaya daxil olmasını nəzərdə tutur. Müqaviləyə əsasən malların, xidmətlərin, vəsaitin və işçi qüvvəsinin sərbəst hərəkəti təmin olunacaq. Bundan başqa Rusiya, Qazaxıstan və Belarus energetika, sənaye, kənd təsərrüfatı və nəqliyyat sahəsində ortaq razılaşdırlmış siyasət aparacaqlar. Bununla da 170 milyonluq vahid daxili bazar formalaşacaq. Ali Avrasiya İttifaqının əsas mərkəzi Moskvada, məhkəməsi Minskdə və maliyyə mərkəzi isə Alma-Atada yerləşəcək. Tərəflər müqaviləni "tarixi sənəd" adlandırıblar.
Qeyd edək ki, Astanada keçirilən iclasda Qırğızıstanın təşkilata üzvlüyü ilə bağlı "Yol xəritə"si planı təsdiqlənib. Ermənistan isə iyunun 15-nə qədər təşkilata üzv olmaq üçün müraciət edib.
Məsələylə bağlı "Unikal"a açıqlama verən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib ki, Avrasiya İttifaqı Rusiya imperiyasının bərpasının iqtisadı platformasıdır. Onun sözlərinə görə, vahid iqtisadi məkan tədricən o ittifaqa daxil olan dövlətlərin suverenliklərinin məhdudlaşdırılması ilə başlanacaq: "İlk mərhələdə "iqtisadi" maraqların qorunması adı altında ittifaqın dış sərhədləri Rusiyanın nəzarətinə keçəcək. Sonrakı mərhələdə dövlətlərüstü tədbirlər başlayacaq. Vahid valyuta haqda ciddi söhbətlər gedir. Beləliklə atributlardan biri sayılan milli valyutalardan imtina ediləcək. İqtisadi qanunlar identifikasiya ediləcək, təbii ki, Rusiya nümunəsində".
VİP sədri onu da qeyd edib ki, artıq ittifaqın dövlətlərüstü Parlamentinin formalaşması müzakirə edilir: "Vahid dövlətin yaranması istiqamətində digər tədbirlərin də görüləcəyi heç kəsdə şübhə doğurmamalıdır. Rusiyanın keçmiş "əyalətlərinə" hansı münasibətdə olmasını bilmək üçün dərin analitik istedada malik olmaq önəmli deyil. Son Ukrayna hadisələri Rusiyanın hansı addımlara əl atdığının bariz nümunəsidir. Kremlin baxışında İmperiya torpaqları əldən çıxır təfəkkürü ortadadır".
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33