Qəmbər Bəybalayevin rəhbərlik etdiyi qurum tənqid hədəfində
"Azərpoçt"dan şikayət var: "Bəs bu pullar kimlərin cibinə gedir?"
""Azərpoct"da olan özbaşınalıqdan yazmaq istəyirəm. Xahiş edirəm bu haqda araşdırma aparın. Bu mövzunu işıqlandırın, çünki insanların sadəlöhvlüyündən istifadə edib xalqı aldadırlar". Bu məzmunlu məktubla oxucu Unikal.org -a şikayət edib.
Oxucu məktubunda mayın 30-da "Azərpoçt"un şöbələrindən birində başına gətirilənləri yazıb: "Köçürmə sistemi ilə göndərilən pulu almaq üçün "Azərpoçt" şöbəsinə getmişdim. Nərimanovda yeraltı keçidin yanındakı poçta yaxınlaşdım, orada bu sistemlə məşğul olan xanımın işə gəlmədiyini deyib məni "mədəni" şəkildə Nərimanov metrosunun yanındakı 52 saylı poçta göndərdilər. Orada isə xanım mənə sistemdən istifadə edə biləcəyini, amma gələn dolları manatla verəcəyini bildirdi. Dolların kursunun aşağı olduğunu dedikdə isə "istəmirsən göturmə" cavabı aldım. Məcbur qalıb pulu aldım, halbuki aldığım məbləğdə digər banklarla müqayisədə - 0.3 AZN fərq var idi. Bundan əlavə xanım mənə pulu verərkən heç bir mübadilə haqda kağız vermədi və pulu isə 1manat 60 qəpik az verdi. Etiraz edəndən sonra 1 manatı ödədi, 60 qəpiyi isə "kserekopiya" haqqı olaraq saxladığını bildirdi. Düşünün, heç bir əsas olmadan gün ərzində bu xanım 100 müştəridən 1.5 AZN alsa, gündəlik gəlir 150 AZN, aylıq isə 3300 manat edir. Bəs bu pullar kimlərin cibinə gedir?"
"Azərpoçt"un 6 saylı poçt filialının 52 saylı poçt şöbəsinin müdiri Fəxriyyə Qəhrəmanova isə bildirib ki, dollar olmayanda müştəriyə pul manatla ödənir: "Ödəniş həmin günün valyuta məzənnəsi ilə edilir. Əgər müştəri istəmirsə, gözləməlidir ki, şöbəyə dollar gətirək, sonra ona ödənişi edək".
Qeyd edək ki, son vaxtlar "Azəpoçt"la bağlı şikayətlərin artdığı hiss olunur. Bu özünü həmin şikayətlərin mətbuat səhifələrində daha tez-tez yer almasında da göstərir. Məsələn, bir müddət əvvəl jam.az saytı yazmışdı ki, kəndlərdə inşa edilən kiçik həcmli poçt şöbələrinin tikintisinə 70 min manat pul ayrılıb. Hər biri üçün nəzərdə tutulmuş bu məbləğin həddindən artıq böyük olduğu bildirilir. "Həqiqətən də kənd yerlərində inşa edilmiş "göbələyəbənzər" poçt şöbələri üçün 70 min manat xərclənməsi inandırıcı deyil. Çünki bu vəsaitlə daha iri həcmli bir bina inşa etmək mümkündür. Gələn xəbərlərdə deyilir ki, 70 min manat kağız üzərində həmin tikintiyə sərf olunub. Əslində isə bu şöbələr 3-4 min manata başa gəlib" yazan sayt yerdə qalan məbləğin "Azərpoçt" rəhbərliyinə çatdığını qeyd edirdi.
Ötən ayın əvvəllərində isə əksər saytlarda "Azərpoçt"un bir qrup qadın əməkdaşı tərəfindən yazılan şikayət məktubu yayılmışdı. Məktubda bildirilirdi ki, "10-15 il poçt sahəsində təcrübəsi olan, poçt sahəsi üzrə ali təhsili olanlar qalıb bir qıraqda, amma təyinatda qohumluq prinsipi üstün tutulur… Hər 6 aydan bir "Azərpoçt" MMC-də ştat ixtsarı əməliyyatı aparılır. "Yad təbəqə"dən olan işçı qüvvə belə bəhanələrlə (yəni stat ixtisarı) işdən kənarlaşdırılır. Ən azından ona görə ki, yeyintinin və korrupsiyanın üstü açılmasın".
Şikayət məktubunda həmçinin qeyd edilirdi ki, respublikanın rayonlarının poçt şöbələrində çox acınacaqlı vəziyyət yaranıb. "Poçt rəisləri necə istəsələr, elə də addım atırlar. Hər rayonun mərkəzi poçtampında ən azından 6-8 nəfər "myortviy duşa" ("ölü canlar"), yəni işə çıxmadan adı ştat cədvəllərinə yazılanlar və beləliklə, dövlətin pulunu havayı alıb yeyənlər var".
Qeyd edək ki, "Azərpoçt"dan indiyədək mətbuatda yer alan tənqidlərə, şikayətlərə heç bir cavab gəlməyib.
Onu da deyək ki, adıçəkilən MMC-yə Qəmbər Bəybalayev rəhbərlik edir. O, 2001-ci ildən hal hazıradək "Azərpoçt"un Baş direktoru vəzifəsində çalışır. Bəybalayev bu vəzifəyə "Aztelekom" İstehsalat Birliynin baş direktoru vəzifəsindən gətirilmişdir.
"Azərpoçt" MMC ilə bağlı məlumat xarakterli olaraq onu deyək ki, bu qurum Azərbaycan Respublikası Rabitə Nazirliyinin 23.09.1999-cu il tarixli 151 saylı "Poçt rabitəsi sahəsində islahatların davamı və strukturun təkmilləşdirilməsi haqqında" əmri ilə yaradılmışdır. Müəssisə, "Azərpoçt" İstehsalat Birliyinin bazasında yaradılımış və onun hüquqi varisidir. Onun 800-dək filialı var, bir sözlə, hər mənada kifayət qədər böyük bir qurumdur.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53
2024-12-23 19:20:00
2024-12-23 17:04:32
2024-12-23 16:48:00
2024-12-23 16:35:46
2024-12-23 15:20:16
2024-12-23 14:02:12
2024-12-23 13:46:00
2024-12-23 11:05:03
2024-12-23 10:35:27
2024-12-23 09:02:41
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40