Oqtay Əsədov: "Azərbaycan Dağlıq Qarabağ probleminin həllində ikili standartlarla üzləşir"
11:19 06-06-2014
SİYASƏT
Oqtay Əsədov: "Azərbaycan Dağlıq Qarabağ
probleminin həllində ikili standartlarla üzləşir"
"Azərbaycan Dağlıq Qarabağ probleminin həllində ikili standartlarla üzləşir"
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov bildirib ki, bu barədə Milli Məclisin sədri Oqtay Əsədov Moskvaya rəsmi səfəri çərçivəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşündə deyib.
O.Əsədov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ölkəmizin inkişafı və regionda sülhün bərpa edilməsi yolunda ciddi maneədir.
Milli Məclisin sədri əmin olduğunu bildirib ki, beynəlxalq təşkilatlar bu münaqişənin həlli üçün səylərini artıracaqlar.
O.Əsədov Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin qədim tarixi köklərə malik olduğunu vurğulayıb. O, əminliklə bildirib ki, qarşılıqlı səfərlər və bu cür görüşlər ikitərəfli əməkdaşlıq üçün geniş imkanlar yaradır.
Bu gün Azərbaycan ilə Rusiyanın strateji tərəfdaşlar olduğunu söyləyən O.Əsədov əlaqələrimizin yüksək səviyyəyə çatmasında dövlət başçılarının xüsusi rolunu qeyd edib.
O.Əsədov bildirib ki, siyasi, mədəni və humanitar sahələrdə olduğu kimi, iqtisadi sahədə də əlaqələrimiz genişlənir: "Son illərdə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 2 milyard 800 milyon ABŞ dollarına çatıb. Azərbaycanda tədrisin rus dilində olduğu 300-ə yaxın ümumtəhsil məktəbi, Moskva Dövlət Universitetinin Bakı filialı və Slavyan Universiteti fəaliyyət göstərir. Ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlər böyük rol oynayır. Biz həm ikitərəfli formatda, həm də MDB Parlamentlərarası Assambleyası və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirik".
Nümayəndə heyətlərinin üzvləri ikitərəfli əməkdaşlığın müqavilə-hüquq bazası barədə də fikir mübadiləsi aparıblar. Görüşdə miqrasiya qanunvericiliyi sahəsində mövcud problemlərə də toxunulub. Tərəflər əmin olduqlarını bildiriblər ki, bu problemlər yaxın vaxtda nizamlanacaq, çünki bu məsələlər texniki xarakter daşıyır.
V.Matviyenko isə bildirib ki, Rusiya üçün Azərbaycan ilə bütün sahələrdə münasibətlər strateji xarakter daşıyır: "Rusiya ölkələrimiz, o cümlədən parlamentlərimiz arasında yüksək səviyyədə dialoqun dəstəklənməsinə daim böyük əhəmiyyət verir. Rusiya həm də beynəlxalq məkanda əməkdaşlığın dərinləşməsində maraqlıdır. Biz regionlar palatası olmaqla regionlararası əməkdaşlığa xüsusi diqqət yetiririk. Şadıq ki, Azərbaycanın regionları ilə Rusiya Federasiyasının 70-dən çox regionu arasında sazişlər bağlanıb. Azərbaycan Prezidenti Administrasiyasının himayəsi altında keçirilən regionlararası forumları da yaxşı format hesab edirik. Volqoqradda bu cür forum uğurlu oldu. İndi 5-ci regionlararası foruma hazırlıq işləri görülür. Bu forum Qəbələdə keçiriləcək".
V.Matviyenko Rusiya ilə Azərbaycan arasında humanitar sahədə münasibətlərin də səmərəli olduğunu vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda Beynəlxalq Humanitar Forumun keçirilməsini yüksək qiymətləndirərək qeyd edib ki, bu Forum aktual məsələlərin müzakirəsi üçün ciddi bir məkana çevrilib.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53