Oqtay Əsədov TürkPA-nın toplantısında
Oqtay Əsədov TürkPA-nın toplantısında
Spiker: "TürkPA böyük siyasi çəkiyə malik təşkilata çevrilib"

"Yüksək ixtisaslı tərcüməçilərin hazırlanması TürkPA-nın diqqətdə saxlanılmalıdır. Peşəkar tərcüməçilər olmadan türkdilli ölkələr arasında qarşılıqlı informasiyanın tam axının olması mümkün deyil. Bu məsələnin həllində kömək göstərilməsi TürkPA-nın əsas hədəflərindən biri olmalıdır".
Bunu Bakıda Türkdilli ölkələrin Parlament Assambleyası (TürkPA) Şurasının iclasında Milli Məclisin sədri Oqtay Əsədov deyib. O, qeyd edib ki, Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində əməkdaşlıq dövlətlərimiz arasında iqtisadi, siyasi və digər əlaqələrin dərinləşməsinə şərait yaradır.
"Artıq TürkPA böyük siyasi çəkiyə malik olan təşkilata çevrilib. Türkdilli dövlətlərin ortaq parlamentlərinin fəaliyyətlərinin xalqlarımız və dövlətlərimiz və arasında qardaşlıq münasibətlərinə dərinləşməsinə kömək edib. Hesab edirəm ki, Komissiyanın yenidən təşkil olunması, təşkilatın səmərəliliyini daha da artıra bilər. Biz TürkPA-nın ekspertlər potensialının inkişaf etdirilməsinə diqqət yetirəcəyik. Sədrliyimiz dövründə Assambleyada ekspertlər səviyyəsində görüşlərin keçirilməsində ilk dəfə Türkiyə tərəfi təşəbbüs göstərib. Bu ənənəni davam etdirəcəyik. Azərbaycan parlamenti TürkPA-nın fəaliyyətinin hüquqi bazasının təkmilləşdirilməsini diqqət mərkəzinə çəkəcək. Plenar iclas bu məsələnin tədqiqi ilə bağlı katibliyə təlimat verəcək. Ümid edirəm ki, payızın əvvəllərinə qədər katiblik bu məsələyə hesabat təqdim edəcək və biz bu hesabatda sizinlə birlik lazımi addımlar atacağıq".
O.Əsədov qeyd edib ki, mədəni, humanitar əməkdaşlığın gündəliyi bir sıra məsələlər daxil edilib.