Müsavat başqanı yeni birlik yaratmaq istəyir
11:36 13-06-2014
CƏMİYYƏT
Müsavat başqanı yeni birlik yaratmaq istəyir
Xəbər verildiyi ki, mətbuatda müxalifət daxilində mahiyyətcə yeni bir qurumun yaranması prosesinin getməsi haqqında məlumatlar yer alır.
Belə ki, müxalifətin əhəmiyyətli güclərini bir araya gətirə biləcək hərəkat xarakterində bir qurum ortaya çıxmağa hədəflənib. Doğrudur, bu təşkilatlanmanın xalq hərəkatının üstqurumu ola biləcəyi düşünülsə də, mətbuata onun adı hələlik başqa cür təqdim olunacaq. Amma məlumat ondan ibarətdir ki, hazırda bu çalışmalar getməkdədir. Orada müxalifətin çox önəmli isimləri rol almaqdadır. Görüşlər keçirilir, prinsiplər, hədəflər müəyyənləşdirilir, üzvlər seçilir. Bu dəfə siyasi təşkilat və qurum rəhbərləri ilə yanaşı, ölkədə tanınan fərdlərin də siyasətə cəlb olunması istiqamətində iş getməkdədir. Hədəf ondan ibarətdir ki, "bir fərd, bir partiya" prinsipi ilə ölkənin tanınmış simaları da yeni təşkilatlanmaya cəlb olunsun. Təxminən 2014-cü ilin sonları, 2015-ci ilin əvvəllərində böyük bir güc olaraq, bütövlükdə müxalifətin elektoratını bir araya gətirmək mümkünləşsin. Məlumatı verən mənbə sadəcə bizdən xahiş edib ki, heç bir ad və heç bir istinad olunmasın. Sadəcə, ictimaiyyət bilsin ki, Azərbaycanın müxalifət düşərgəsində ciddi bir proses gedir və bu proses yaxın aylarda bir yeni üstqurum kimi ortaya çıxacaq.
"Unikal"ın əldə etdiyi məlumata görə, bu prosesi Müsavat Partiyasının başqanı İsa Qəmbər həyata keçirir. Belə bir ittifaqın yaranması xəbəri də elə "Yeni Müsavat" qəzetində getmişdi. Yəni, Müsavat başqanı nəbzi ölçmək üçün əvvəlcədən məlumatı ictimaiyyətə ötürüb ki, rəyləri öyrənsin. Lakin maraqlı məqamlardan biri odur ki, İsa Qəmbər hər partiyanı sözügedən ittifaqa cəlb etmək fikrində deyil. Müsavat başqanının bu yanaşması isə narazılıqla qarşılanıb.
Məsələylə bağlı "Unikal"a açıqlama verən İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı Müsavat başqanının bu niyyətinin müsbət nəticə verməyəcəyini deyib. Onun sözlərinə görə, bundan əvvəlki birliklərin aqibəti qarşıdakı dövrdə nələrin ola biləcəyini deməyə əsas verir: "Öncə hər bir birliyə mübarək olsun deyirəm. Biz Demokratik Qüvvələr Birliyində təmsil olunuruq və İsa Qəmbərin birliyinə düşməməyimiz faciə deyil. Vaxtiylə Bizim Azərbaycan blokunda İsa Qəmbərlə könüllü olaraq birlikdə olmuşuq, bu gün də onun acısını çəkirik. Müxalifət düşərgəsində parçalanma, düşmənçilik, eqoizm və s. hansı təşkilatın cəlbedici olması önəmli deyil. Biz illərdir elə cəlbedicilik uğurunda gedən müxalifət savaşın acısını indi də çəkirik. "Mən ana müxalifətəm", "cırtdan partiyalarla bir yerdə ola bilmərəm" fikirləri bizi parçalayan əsas məqam olub. Zaman göstərdi ki, "böyüklər"in bu iddiası alınmadı, əksinə, yuxarıda dediyim duruma düşdülər. Hesab edirəm ki, əsas müxalifət düşərgəsində seyrəklik olmamasıdır".
Yeni yaranacaq qurumun perspektivinə gəlincə, T.Abbaslı "Uğurlarına Allah xeyir bərəkət versin. İsa Qəmbər fərd olaraq gözəl siyasətçidir. Amma komanda, ya birlik formatında apardığı siyasətdə yanlışlıqlar olub deyə, birliklərin uğuru müvəqqəti xarakter daşıyıb. Belə ki, onun siyasətində zorakılıq özünü göstərib, halbuki, başa salmaq günün tələbidir. Müxalifət düşərgəsində elə də ciddi dəyişiklik olacağına inanmıram", - söyləyib.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54