İtaliya mətbuatı Mehriban Əliyevadan yazdı
İtaliyanın məşhur "Capitolino Flaş" (Paytaxt İşığı) qəzetində Diaspor Jurnalistləri Birliyinin İtaliya nümayəndəliyinin sədri, rəssam Həsən İsgəndərovun müsahibəsi çap olunub.
"Mədəniyyətin təkamülü və Azərbaycan" adlı yazıda İtaliya ilə Azərbaycan arasında təhsil, mədəniyyət sahəsində əlaqələrin daha da gücləndirilməsi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işlər barəsində yerli xalqa məlumat verilir. Yazının müəllifi Paolo Onorati hesab edir ki, son illərdə Azərbaycana humanitar sahədə gördüyü işlər və dünya mədəniyyətinə verdiyi töhfəsinə görə "il Golden Heart" ( Qızıl Ürək) mükafatı verilməlidir.
DJB rəsmisi İtaliyada təhsil alan tələbələrimiz haqda danışaraq bildirir ki, Azərbaycan Respublikasının bu ölkədəki səfiri Vaqif Sadıqov bütün universitetləri təhsillə bağlı dövlət proqramı barəsində məlumatlandırıb: "Bildiyiniz kimi İtaliya və Azərbaycan iki qədim böyük mədəniyyətə və tarixə malik olan ölkələrdir. İtaliya, dünya mədəniyyət tarixində böyük rol oynayır. Mənim ən böyük arzum iki ölkə arasında mədəni əlaqələri daha da gücləndirməkdir. İtaliyanın incəsənət sahəsində böyük təcrübəsi var. Azərbaycan çox dinamik inkişaf etmiş bir ölkədir. Mən altı il ərzində İtaliyanı və italiyalıları, onların mədəniyyətini daha da yaxşı tanıdım. İstərdim azərbaycanlı gənclər də mənim kimi bu mədəniyyəti yaxşı tanısın. Həmçinin də, istərdim çoxlu istedadlı italiyalı gənclər də mənim ölkəmə getsin və bizim mədəniyyətimiz, tariximizlə daha da yaxından tanış olsunlar".
Yazıda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dünya mədəniyyətinə verdiyi töhfəsindən söz açılıb: "Azərbaycanın birinci xanımı Mehriban Əliyeva incəsənət və mədəniyyət sahəsinə çox böyük diqqət ayırır. Beynəlxalq aləmdə onun bu əməyi əvəzedilməzdir. Onun misilsiz əməyi sayəsində Azərbaycan mədəniyyətinin zənginliyi bütün dünyaya çatdırıldı. Mehriban xanımın əsas məqsədlərindən biri öz ölkəsində və dünyada milli-mədəni dəyərlərin qorunub, saxlanılmasıdır. Məsələn, Azərbaycanda qədim nəsillərdən gələn muğam adlı ənənəvi musiqi növü var. Müasir dövrdə bu cür qədim musiqinin yox olmaq riski var idi. Mehriban xanım Bakıda böyük Muğam Mərkəzinin tikilməsinə təşəbbüs göstərdi və bu mərkəzdə bütün istedadlı muğam ifaçılarını öz himayəsinə aldı. Eyni zamanda, bu qədim musiqinin yaşaması və gələcək nəsillərə ötürülməsi üçün müsabiqələr keçirilməsini təmin etdi. Mehriban xanımın zəhməti sayəsində muğam haqqında kitab və CD-lər dünya dillərinə tərcümə olunub".
Yazıda Mehriban Əliyevanın qədim Azərbaycan xalçaçılıq sənətinin qorunmasına böyük diqqət ayırmasından da danışılır: "Azərbaycanın hər bölgəsinin xalçaçılıq sənəti üzrə öz bədii naxış rəsmi və kompozisiya quruluşu var. Bu xalq sənətinin gələcək nəsillərə ötürülməsi üçün Mehriban xanım bütün bölgələrdən sənətkarları bir mərkəzə toplayıb və onların fəaliyyəti üçün hər cür şərait yaradıb. Həmçinin Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə Azərbaycanın paytaxtı Bakı şəhərində Müasir İncəsənət Muzeyi yaradılıb. Mehriban xanımın diqqəti sayəsində Azərbaycanın görkəmli sənətkarlarının işləri bu muzeydə sərgilənir".
Həmçinin yazıda bildirilir ki, 2013-cü ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə İtaliyanın paytaxtı Roma şəhərində ən əhəmiyyətli tarixi binalardan biri olan Capitolino Muzeyinin Felsefa zalı bərpa edilib: "Həmçinin Müqəddəs Marçellinio və Pietro katakombaları bərpa olunub. Bu münasibətlə birinci xanım Mehriban Əliyeva və kardinal Can Franko Ravazi arasında memorandum imzalanıb. Onu da qeyd edək ki, Mehriban Əliyeva Vatikanda müqəddəs taxt-tacın dövlət katibi, kardinal Tarçizio Bertoni ilə görüşüb. Görüşdə iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələri, Azərbaycanın dini və mədəniyyətlərarası dialoqda rolu vurğulanıb. Kardinal Bertoni Vatikanla Azərbaycanın dostluq əlaqələrinin Mehriban xanımın sayəsində genişləndirilməsindən məmnun olduğunu bildirib. Birinci xanım həmçinin Dinlərarası Dialoq üzrə Pontifik Şurasının prezidenti, Kardinal Jean-Louis Tauranla da görüşüb".
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53