Qarabağla bağlı tələb
12:00 24-06-2014
SİYASƏT
Qarabağla bağlı tələb
Qənirə Paşayeva AŞPA-da Qarabağla bağlı tələb etdi
AŞPA-da çıxışı zamanı millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Ermənistanın törətdiyi cinayətlərə toxunaraq təşkilatı bu kimi hallaa son qoymaq üçün Ermənistana təzyir göstərməyə çağırıb. "Unikal"a xəbər verir ki, o, ilk növbədə Ermənistanın atəşkəsi pozaraq mülkü vətəndaşları hədəfə almasından danışıb.
"Azərbaycan ilə Ermənistan arasında ön cəbhə regionlarından birinin nümayəndəsi olaraq sadəcə son 4 gündə regionda mövcud məsələləri diqqətinizə çatdırmaq və Assambleyanı bu məsələyə diqqətini artırmağa çağırmaq istərdim. 4 gün əvvəl Ermənistan Silahlı Qüvvələri müntəzəm şəkildə atəşkəsi pozaraq mülki azərbaycanlıları, onların evlərini atəşə tutmuşlar. 4 gün vvəl millət vəkili olaraq təmsil etdiyim Tovuz rayonunun Əlibəyli kənd sakini, mülki şəxs Ənayət Əliyeva Ermənistan silahlı qüvvələrinin onun evini atəşə tutması nəticəsində yaralanmış, ailə üzvləri isə ciddi sarsıntılar keçirmişlər. Bundan başqa digər mülki şəxs 72 yaşlı Garqız Nağıyeva və onun ailəsi də eyni aqibətlə üzləşmişd. 3 gün əvvəl 72 yaşlı Qaraqız Nağıyeva və onun 5 yaşlı nəvəsi də Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutularaq yaralanmışdılar. Mülki şəxslərin snayperlər tərəfindən vurulması kimi bu cür faklar digər ön cəbhə ərazilərdə də rast gəlinir. Biz AŞPA-nı Ermənistandan Dağlıq Qarabağ münaqişəsnin tənzimlənməsi üzrə aparılan danışıqlara zərbə vuran hərəkətləri dayandırmağı tələb etməyə çağırırıq".
Ermənistanın 20 ildir azərbaycan torpaqlarını işğalda saxlamaqda davam etdiyini vurğulayan millət vəkili Qənirə Paşayeva AŞPA bütün haqları Ermənistan tərəfindən pozulan və öz evlərinə dönə bilməyən azərbaycanlı məcburi köçkünlərin səsini duymalı və Ermənistana qarşı sərt mövqe nümayiş etdirməlidir deyib.
" Ermənistan silahlı qüvvələri Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü pozub və artıq 20 ildən artıqdır ki torpaqların bir hissəsini işğal altında saxlayır və BMT Təhlükəsizlik Şurası və Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilmiş qətnamələrə məhəl qoymur, bu gün də onlar Azərbaycanın işğal edilmiş torpaqlarını tərk etmir, 100 minlərlə məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasına imkan vermir və snayperləri mülki şəxsləri atəşə tutmaqda davam edirlər. Cəbhə bölgəsində yaşayanlar sizdən AŞPA-nın 1416 saylı qətnaməsinin yerinə yetirilməsini gözləyirlər. Biz Assambleyanı bu məsələni ciddi müzakirə etməyə və bu istiqamətdə səylərini sürətləndirməyə çağırırıq. Mən 1 milyon qaçqın və məcburi köçkün adından deyirəm ki, onlar 20 idir ki öz doğma torpaqlarına və evlərinə dönə bilmirlər və bu, Avropa zonasında insan haqlarının ən böyük pozuntusudur. AŞPA Avropa Şurası üzv dövlətlərindən birinin ərazisinin digər üzvü tərəfindən uzunmüddətli işğalı faktına laqeyd yanaşmamalı və bu məsələlərə ciddi yanaşmalıdır. AŞPA-da bu məsələ ilə bağlı son müzakirələrin nə vaxt aparıldığını yada salaq. Bu məsələ ilə bağlı apardığımız müzakirələrin tarixini xatırlayaq, təəssüflər olsun ki, mən xatırlaya bilmirəm. AŞPA-nın qeyd edilən qətnaməsi bəyan edir ki, Ermənistan Azərbaycan torpaqlarını tərk etməli və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma evlərinə dönmələrinə imkan verməlidir. Bu qətnamənin qəbulundan 10 il keçməsinə baxmayaraq Ermənistan onu yerinə yetirməkdən imtina edir. Azərbaycanlı qaçqın və məcburi köçkünlər sizdən səylərinizi daha da artırmanızı gözləyirlər. Sadəsə müzakirələri aparmaq və sənədlər qəbul etmək kifayət deyil. Bu adamlar sizi qəbul etdiyiniz qətnamələrin və sənədlərin yerinə yetirilməsi üzərində ciddi nəzarət həyata keçirməyə, daha effektiv mexanizmləri tətbiq etməyə və onların pozulmuş hüquqlarını müdafiə etməyə və bu məsələ ilə bağlı müzakirələr aparmağa çağırırlar. Mən Assambleyanı bu insanların səsini duymağa və 1416 saylı qətnamənin yerinə yetirilməsi üçün öz təsir və təzyiq mexanizmlərini gücləndirməyə çağırıram".
Əli
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53