"Avropa Şurası Parlament Assambleyasının budəfəki yay sessiyası Azərbaycan üçün tarixi əhəmiyyət daşıyır.
11:16 26-06-2014
SİYASƏT
Umud Mirzəyev: "Prezidentin AŞPA-da çıxışı ciddi rezonans yaratdı"
"Avropa Şurası Parlament Assambleyasının budəfəki yay sessiyası Azərbaycan üçün tarixi əhəmiyyət daşıyır. Çünki sessiya ölkəmiz üçün əlamətdar hadisələrlə yadda qaldı".
Bunu açıqlamasında Parlament Assambleyasına dəvət olunan və Azərbaycan vətəndaş cəmiyyətini təmsil edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev deyib.
U. Mirzəyev bildirib ki, sessiyanın ilk günü xarici işlər naziri Elmar Məmmədyarovun, daha sonra isə Azərbaycan prezidenti İlham Əliyevin sessiyada geniş çıxış etmələri və ölkənin daxili və xarici siyasəti haqqında avropalı parlamentarlara ətraflı məlumat vermələri qürurverici haldır: "Xüsusilə, ölkə başçısının çıxışı ciddi rezonans oyatdı və Azərbaycana qarşı qərəzli mövqe tutan deputat və xarici təşkilatlara tutarlı cavab oldu. Dövlət başçısı Azərbaycanı əsassız yerə tənqid edən deputatlara üzünü tutaraq onları obyektiv olmağa çağırdı, heç bir fakta əsaslanmayan məsələləri əllərində bayraq tutaraq Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməkdə günahlandırdı. Dövlət başçısı bəyan etdi ki, Azərbaycanı əsassız tənqid edən, bu yolla ölkəmizə təzyiq göstərmək istəyənləri əslində Azərbaycanda demokratiya və insan azadlıqlarının inkişafı yox, öz məkrli istəkləri maraqlandırır. Prezidentin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışı da vacib əhəmiyyət daşıdı. Azərbaycan torpaqlarını işğal etməsi və bu işğalı hələ də davam etdirməsi Ermənistanın destruktiv siyasətindən xəbər verir. Bu faktı Ermənistanı AŞPA-da təmsil edən deputatların da çox yaxşı bildiyini, lakin onların hər dəfə Parlament Assambleyasının iclaslarında çıxış edərkən yalan danışdıqlarını qeyd edən İlham Əliyev, bir mötəbər qurum kimi AŞPA-nı da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnaməni icra etməyə çağırdı".
U. Mirzəyevin sözlərinə görə, prezident kifayət qədər vacib məqamlara toxunaraq, bir sıra deputatların təxribat xarakterli suallarına da layiqli və cəsarətli cavablar verdi: "Təəssüf ki, şurada Azərbaycanın inkişafını və regionda söz sahibi ölkə olmasını istəməyən dairələr var. Məhz onların dəstəyi nəticəsində prezidentin çıxışı zamanı bir qrup gənc təxribata əl ataraq, assambleyanın gedişinə mane olmaq istədi. Amma havadarlarının cəhdlərinə baxmayaraq, onların bu istəyi baş tutmadı. Dövlət başçısının çıxışı yüksək səviyyədə baş tutdu. Mən hesab edirəm ki, bütün bu tipli xoşagəlməz hallara rəğmən Azərbaycanın bu qurumla əlaqələri və əməkdaşlığı davam etməlidir. Elə Azərbaycan prezidentinin nümayiş etdirdiyi siyasi iradə də bundan xəbər verir. Xüsusilə bu qurumla tərəfdaşlıq əlaqələrində vətəndaş cəmiyyəti təmsilçiləri və Qeyri-Hökumət Təşkilatları da öz rolunu artırmalıdır. Bu, artıq günümüzün tələbidir".
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri bildirib ki, bu məsələni assambleyanın yay sessiyası çərçivəsində görüşdüyü AŞPA-nın sədri, xanım Ann Brassörlə görüşündə bir daha gündəmə gətirib: "Xanım Ann Brassörün ofisində bir saata yaxın davam edən görüşümüzdə Azərbaycanda aparılan demokratik islahatlar və insan hüquqları ilə bağlı durumu geniş müzakirə etdik. Azərbaycanın bu istiqamətdə ciddi addımlar ataraq regionun aparıcı Avropa ölkəsinə çevrildiyini assambleya sədrinin diqqətinə çatdırdım. Bununla yanaşı, müşahidə olunan bəzi problemlərin məhz hələ də həllini tapmayan Dağlıq Qarabağ münaqişəsindən qaynaqlandığını söylədim. Bu münaqişənin mövcudluğu təkcə Azərbaycanın yox, bütün Cənubi Qafqaz regionunda demokratiyanın mövcudluğu üçün ciddi təhlükə olduğunu qeyd etdim və xanım Brassörü beynəlxalq bir qurumun vacib post tutan rəhbəri kimi məhz münaqişənin tənzimlənməsi istiqamətində səylərini əsirgəməməyə çağırdım".
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53