Ukrayna böhranı ilə bağlı ATƏT PA-nın Bakı Qrupu yaradılıb
09:59 02-07-2014
SİYASƏT
Ukrayna böhranı ilə bağlı ATƏT PA-nın Bakı Qrupu yaradılıb
ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü yay sessiyası çərçivəsində Ukraynadakı böhranın həlli ilə bağlı Bakı Qrupu yaradılıb.
Bunu plenar iclasda çıxış edən ATƏT PA-nın prezidenti Ranko Kirovkapiç elan edib.
R. Krivokapiç bildirib ki, Ukrayna ilə bağlı proseslər apreldən başlayıb və apreldə Vyanada Ukrayna və Rusiya parlamentarlarının iştirakı ilə birgə müzakirələr aparılıb: "Orada yaradılan ATƏT PA-nın Vyana Qrupu bu günə qədər müəyyən müsbət irəliləyişlərə nail olub. Amma daha irəli getmək üçün biz Bakıda keçirilən bu toplantıda Ukrayna böhranının aradan qaldırılması üçün Bakı Qrupu yaratdıq. Bu qrupa Vyana Qrupundan fərqli olaraq, digər ölkələr də daxil ediləcək. Qrup böhranın aradan qaldırılması və sülh danışıqlarının bərpası üçün lazımı işləri görəcək".
ATƏT PA-nın prezidenti qeyd edib ki, Ukraynadakı hadisələrə operativ reaksiya vermək və fəlakətin qarşısını almaq lazımdır.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53