Oqtay Şirəliyevin nazirliyi hara baxır?
09:35 09-07-2014
CƏMİYYƏT
Oqtay Şirəliyevin nazirliyi hara baxır?
Şok! Özəl klinikalarda anatomiyadan xəbərsiz plastik cərrahlar "at oynadır"
Öz qara tarixini yaşayan Azərbaycan səhiyyəsinin bir səhifəsi plastik cərrahiyyənin payına düşür.
Estetik cərrahiyyənin vüsət aldığı bir ölkədə bu sahədə diplomlu cərrah tapmaq çətindir. Düzdür, özünü plastik cərrah kimi reklam edib məşhurlaşdıranlar yetərincədir. Amma onların bu peşəyə yiyələndiyini sübut edən diplomları olmalıdır ki, çoxunda o da yoxdur. Səbəb sadədir, ölkəmizdə həkim yetişdirən yeganə təhsil ocağı Azərbaycan Tibb Universitetində belə bir fakültə yoxdur. Bu ancaq universiteti bitirdikdən sonra rezidenturada mümkündür. Yəni bizdə plastik cərrah hazırlayan sistem yoxdur.
"ans press"in Azərbaycanda fəaliyyət göstərən plastik cərrahlarla bağlı kiçik araşdırması da bu sahədə nə qədər acınacaqlı vəziyyətin hökm sürdüyünü ortaya çıxarıb. Məlum olub ki, ən məşhur plastik klinikalardakı cərrahlar ya Türkiyədən gələnlərdi, ya da bu ixtisas üzrə Türkiyədə, Almaniyada, ABŞ-da, Rusiyada xüsusi kurslar və təcrübə keçmiş azərbaycanlılardı. Türkiyədə 3-5 illik uzmanlıq kursları var ki, Bakıda 4-5 həkim bu kursları bitirib.
Estetik-rekonstruktiv cərrah, professor Adil Qeybulla Azərbaycanda özündən başqa diplomlu plastik cərrah tanımadığını deyib: "Şəxsən mən Sankt-Peterburqda diplomdan sonrakı Tibb Akademiyasında plastik cərrahlıq üzrə təhsil almış bir mütəxəssisəm. Rusiya Federasiyasının istənilən yerində həmin diplomla işləmək hüququm var. Azərbaycanda özümdən başqa diplomlu plastik cərrahın olmasından məlumatsızam.
Azərbaycanda plastik cərrahlıqla məşğul olanlar əsasən bu sənətə Türkiyədə rezidentura keçmiş həkimlərdir. Onların bu işlə məşğul olmağa hüquqları çatır. Amma söhbət diplomdan getdikdə heç kim ortaya diplom çıxarmır. Mənim var, o biri plastik cərrahlar da öz diplomlarını təqdim etsinlər. Özlərini reklam edəndə diplomlarını da çap etdirsələr çox yaxşı olardı".
A. Qeybulla dəhşətli bir faktın da üstünü açüb. Məlum olub ki, Bakıda anatomiyadan anlayışı olmayanlar plastik cərrahiyyə əməliyyatları həyata keçirirlər: "Plastik cərrahlığın prinsipləri var ki, bunlardan çox adamın xəbəri yoxdur. Məsələn, bu gün məşhur Azərbaycan Beynəlxalq Universitetini bitirən, anatomiyadan-fiziologiyadan xəbəri olmayan insanlar var ki, kifayət qədər özlərini reklam edə biliblər, məşhurdurlar. Bizim əsas bəlamız bax budur."
Azərbaycanda plastik cərrahlığın tarixi XX əsrin ortalarına gedib çıxır. II Dünya Müharibəsi dövründə SSRİ-də plastik cərrahlıqla məşğul olan şəxslərin ən tanınmışı Gülü Qurbanov olub. O, su xərçəngi deyilən, üzdə ağır çapıqlar qoyan bir xəstəliyin estetik-plastik əməliyyatı üzrə peşəkar cərrah olub. Bundan başqa kişi cinsi orqanlarının transplantasiyası üzrə keçmiş sovetlər birliyində ən aparıcı mütəxəssislərdən idi. Hətta o zaman SSRİ-nin baş cərrahı olan Boris Petrovski öz əsərlərində bu alimdən sitatlar gətirib.
Hələ 30 il bundan əvvəl Bakının 8-ci kilometr qəsəbəsində Gözəllik İnstitutu fəaliyyət göstərirdi. İndi də estetik klinikaların sayı yetərincədir. Gözəlləşmək , dəyişmək istəyənlər olduqca estetik cərrahlara həmişə etiyacı olacaq. Estetik cərrahlara tələbat olduğu halda Azərbaycanda bu ixtisaslı kadrların öz ölkəmizdə hazırlanmaması sual olaraq qalır.
"Unikal" olaraq əlavə edək ki, başqa bir sual Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyinin ölkədə plastik əməliyyatlar həyata keçirən anatomiyadan bixəbər plastik cərrahlar və onların çalışdıqları klinikalarla bağlı hansı tədbirləri görməsidir. Əgər belə tədbirlər görülürsə, o zaman niyə belə dəhşətli vəziyyət yaranır?
Bu isə başqa bir cavabı açıq qalan sualdır.
Hər bir halda yuxarıda səsləndirilən fikirlərdən və faktlardan görünən odur ki, ölkədə bəzi klinikaların qeyri-peşəkar plastik cərrahlara qucaq açması sayəsində vətəndaşların sağlamlığına ciddi təhlükə yaranıb. Artıq ekspertlərin həyəcan siqnalı çalması Səhiyyə Nazirliyini də hərəkətə keçirməlidir. Üstəlik, Şirəliyevin nazirliyi yalnız sözdə deyil, əməldə də belə hallara qarşı amansız və şəffaf mübarizə apardığını ortaya qoymalıdır.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-26 08:37:37
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04