Zahid Oruc meydanda təkbaşına olacaq
09:36 09-07-2014
CƏMİYYƏT
Zahid Oruc meydanda təkbaşına olacaq
Deputat: "Partiya kimi mövcud olmaqdansa, Zahid Oruc olmaq daha yaxşıdır"
Ötən ilin prezident seçkisi ərəfəsində Ana Vətən Partiyasından ayrılan deputat Zahid Oruc hələ ki, heç bir siyasi təşkilatda təmsil olunmur.
Görəsən, Zahid Oruca hansısa partiyadan vəzifə üçün təklif gəlibmi? Deputat bildirib ki, müstəqil deputat kimi fəaliyyət göstərməyi məqbul sayır. "Siyasi partiya mənsubiyyəti daşımamağın öz-özlüyündə müəyyən üstünlükləri və fərqləri var. Partiyalı şəxsin konkret öhdəliklər və vəzifələri var. Onu da deyim ki, fərdi fəaliyyət komandalı mübarizədən çətindir", - deyə Z. Oruc bildirib.
Onun sözlərinə görə müxtəlif siyasi partiyalardan həmin qurumlarda təmsil olunmaq üçün müraciətlər olub. Milli Məclis üzvü ad çəkməsə də qeyd edib ki, təkliflərdən imtina edib.
"Mən çox açıq şəkildə bildirmişəm ki, partiyalı müstəvidə fəaliyyət arzum yoxdur. Partiyada təmsil olunmaq və ya yeni partiya yaratmaq elə də asan məsələ deyil. Güclü bir hakim partiyanın mövcud olduğu şəraitdə ikinci-üçüncü siyasi qüvvənin nə qədər çətin fəaliyyət göstərdiyi göz önündədir. Kadr korpusunu formalaşdırmaq, onları dövlət idarəçiliyinə daşımaq, seçkili orqanlarda yer tutmaq o qədər də asan bir proses deyil. Çoxlu partiya var ki, cəmiyyətə ideya, siyasi fikir təqdim edə bilmirlər. Elə partiya kimi mövcud olmaqdansa, fərd olaraq Zahid Oruc kimi fəaliyyət göstərmək daha yaxşıdır. Gələcək fəaliyyətim haqqında isə konkret bir fikir söyləmək istəmirəm".
Digər Xəbərlər
2024-11-26 09:47:43
2024-11-26 09:44:00
2024-11-26 08:37:37
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31