Elçin Behbudov prezidentə müraciət etdi
Hüquq müdafiəçisi həbsdə olan həmkarı ilə bağlı prezidentə müraciət etdi.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bir müddət əvvəl həbs olunan Salyanda fəaliyyət göstərən "Demokratiyaya Yardım" İctimai Birliyinin sədri, vəkillik fəaliyyəti ilə məşğul olan Emil Məmmədovla bağlı ölkə prezidenti İlham Əliyevə müraciət edib.
Bu barədə məlumatı Komitə sədrinin özü verib. O deyib ki, həbs olunan Emil Məmmədovun həyat yoldaşı və oğlu rəhbərlik etdiyi təşkilata yazılı şəkildə müraciət edərək onlara müvafiq dəstək göstərməyi xahiş edib. E.Behbudov bundan sonra həmkarı Emil Məmmədovun həbsdən azad olunması üçün prezident İlham Əliyevə müraciət etdiyini deyib.
E.Behbudovun sözlərinə görə, müraciətdə E.Məmmədovun keçmişi nəzərə alınaraq, həbsdən azad olunması üçün müvaffiq köməklik göstərilməsi xahiş edilib. Xatırladaq ki, Salyanda fəaliyyət göstərən Emil Məmmədov bu il mayın 12-də zorla pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb. Məhkəmənin hokum ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53