Azərbaycanın baş konsulu: "Artıq ABŞ-da erməni yalanları yerimir"
"Bu gün ABŞ-ın Kaliforniya ştatında güclü və böyük erməni diasporu fəaliyyət göstərir.
Onlara qarşı Azərbaycan artıq müşahidə, müdafiə mövqeyində yox, hücum mövqeyində olmağa çalışır. Burada əsas məqsəd erməni lobbisinin Azərbaycana zərbə vurmaq, ziyan yetirmək kimi səylərinə qarşı çıxmaq, ölkə həqiqətlərini ABŞ ictimaiyyətinə dolğun şəkildə çatdırmaqdır".
Bu sözləri Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, son illər bu sahədə bir sıra nailiyyətlər əldə olunub. Artıq ABŞ-ın 15 ştatında Xocalı soyqırımının tanındığını xatırladan N. Ağayev əlavə edib ki, bunlar yalnız son 2-3 il ərzində qəbul edilən qətnamələrdir: "Bu da onun göstəricisidir ki, artıq ABŞ-da erməni yalanları yerimir. Vaxtilə bu yalanlar ayaq tutub yeriyirdi, amma artıq həmin yalanlar dayanıb. Azərbaycan həqiqətləri yerli və federal siyasətçilər tərəfindən daha yaxşı dərk olunur. Siyasi sahədə bu münasibətlərin qurulması, Azərbaycan həqiqətlərinin çatdırılması istiqamətində işi aparılır. Azərbaycanın ABŞ-da təbliğatının ən effektiv və təsirli üsullarından biri ölkənin zəngin mədəniyyətinin ABŞ ictimaiyyətinə çatdırılmasıdır. Bu vasitə ilə Azərbaycan xalqının nə qədər zəngin olmasını göstərmiş olarıq. Digər vasitə isə KİV-lə işdir. Burada əsas işlər münaqişəyə dair Azərbaycanın haqq səsini çatdıran, ölkənin tolerantlıq ənənələrini göstərən, iqtisadi inkişafını göstərən məqalələrin işıq üzü görməsidir".
N. Ağayev qeyd edib ki, ABŞ-da yaşayan azərbaycanlıların sayı ilə bağlı tam konkret statistika yoxdur. Amma müxtəlif mənbələrə əsasən 300-400 min arasında azərbaycanlının ABŞ-da yaşadığını söyləyən baş konsulun sözlərinə görə, onların yarısı Kaliforniya ştatında məskunlaşıb: "ABŞ və Azərbaycan arasında ticarət dövriyyəsi 2 milyard dollara yaxınlaşır. Kaliforniya ilə Azərbaycan arasında isə müxtəlif sahələrdə əməkdaşlıq həyata keçirilir. Tələbələr, kənd təsərrüfatı sahəsində müəyyən mübadilələr həyata keçirilir. Amma biz artıq yeni sahələrin axtarışı ilə məşğuluq".
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53