Bir qrup azərbaycanlı sahibkar Almaniyada səfərdədir
07:32 14-07-2014
CƏMİYYƏT
Bir qrup azərbaycanlı sahibkar Almaniyada səfərdədir
Azərbaycan Almaniyanın peşə təcrübəsini öyrənir. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) verilən məlumata görə, bu məqsədlə ASK-nın baş məsləhətçisi Adil Qurbanov və bir qrup iş adamı Almaniyanın Berlin şəhərində səfərdədir.
Səfərin əsas məqsədi Almaniyada dual peşə təhsili sistemi sahəsində mövcud təcrübəni öyrənmək, ölkəmizdə tətbiq etməkdir.
Nümayəndə heyəti səfər çərçivəsində Almaniyada peşə hazırlığı və təkmilləşdirilməsi sahəsində fəaliyyət göstərən təşkilatların üzvləri ilə görüşüb, təqdimatlarla tanış olub, bir sıra istehsalat müəssisələrinə baxış keçiriblər.
Səfər Cənubi Qafqazda sahibkarlar ittifaqları ilə partnyorluq layihəsi çərçivəsində reallaşıb. Partnyorluq layihəsi çərçivəsində 2012-ci ilin sonunda aparılan peşə təhsili tədbirləri 2013-cü ilin əvvəlində ASK-nın tərkibində fəaliyyət göstərən "Elm, təhsil və peşə təhsili müəssisələri ilə iş" komissiyasının təsis edilməsinə real zəmin yaradıb.
Digər Xəbərlər
2024-11-26 10:33:33
2024-11-26 10:15:18
2024-11-26 09:47:43
2024-11-26 09:44:00
2024-11-26 08:37:37
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57