Gürcüstan seçim astanasında
11:22 15-07-2014
CƏMİYYƏT
Gürcüstan seçim astanasında
"Dağlıq Qarabağ müharibəsi ən dağıdıcı təsirini məhz Gürcüstana göstərə bilər"
"27 illik Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin gedişində diplomatiya, dinc danışıqlar minimumda, hərbi proseslər isə maksimumdadır. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə hazır olmadığı üçün seçim edə bilmir. Bu isə hərb yolunu qaçılmaz edir".
Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, 27 il bundan əvvələ nisbətən parametrlər də dəyişib: "Bütün dəyişikliklər Ermənistanın ziyanına, Azərbaycanın xeyrinədir. ABŞ, Rusiya və Aİ Ermənistanı əvvəlki tək dəstəkləmir. Ermənistanın yalan maşını effekt vermir. Rusiya, ABŞ və Avropa Azərbaycanı tanıyır və onun həqiqətini dərk edirlər. Eləcə də Cənubi Qafqaz regionu müxtəlif geosiyasi mərkəzlərin qarşıdurma meydanı olaraq qalır. Belə vəziyyətdə müharibə başlayacaqsa, Gürcüstanda baş verəcəkləri modelləşdirmək vacib məsələdir: Cavaxetiya erməniləri Gürcüstan üçün problem yarada bilərlər. Məqsəd ümumilikdə erməniləri ovundurmaq və ya başqa regionu əldə etmək hissiyyatı yaratmaq ola bilər; Gürcüstan vətəndaşı olan etniki azərbaycanlılar və ermənilər bir-birilə ciddi qarşıdurmaya gedə bilərlər. Rusiya yaranmış vəziyyətdən Gürcüstana hərbi qüvvə yeritmək üçün sui-istifadə edə bilər. Ermənistan Gürcüstanın daxilindəki infrastrukturlara qarşı terror aktları reallaşdıra bilər".
M.Əhmədoğlu qeyd edib ki, Ermənistan hətta rəsmi şəkildə bunu bəyan edib. Belə vəziyyətdə Azərbaycanın sakitcə dayanacağını da düşünmək sadəlövhlükdür: "Şimali Qafqazdakı müxtəlif qruplaşmalar Gürcüstan ərazisi vasitəsilə Dağlıq Qarabağ müharibəsi regionuna keçməyə cəhdlər edə bilərlər. Dağlıq Qarabağ müharibəsi Ermənistandan uzaqda baş verəcək. Eləcə də Dağlıq Qarabağ özü də Azərbaycanın coğrafi mərkəzi deyil. Gürcüstan və onun paytaxtı Tbilisi isə həm Azərbaycan, həm də Ermənistan üçün tranzit kommunikasiya mərkəzidir".
Politoloqun sözlərinə görə, Gürcüstan saxta, riyakar balansdan ədalətin xeyrinə imtina etməlidir: "Gürcüstan Prezidenti Q.Marqvelaşvilinin Fransa Prezidenti F.Ollandla Parisdəki görüşü bu istiqamətdə həlledici rol oynaya bilər. Seçim Gürcüstanın baş naziri və prezidentinin əlindədir. Fransa Prezidenti F.Olland Ermənistanda olarkən açıq mətnlə bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi üzrə ermənilərin tapdığı həll düzgün deyil. Həqiqi həll variantı tapılmalıdır. F.Olland yeganə prezidentdir ki, Dağlıq Qarabağ münaqişəsini təkcə Azərbaycanda və Ermənistanda deyil, həm də Gürcüstanda müzakirə etdi".
M.Əhmədoğlu deyib ki, Ermənistan və Azərbaycan prezidentlərinin görüşləri çoxsaylı paytaxtlarda və ya şəhərlərdə keçirilsə də, heç vaxt Tbilisidə belə görüş keçirilməyib: "Gürcüstan və Fransa Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Azərbaycan və Ermənistan prezidentlərinin Tbilisi şəhərində görüşünü təklif edə bilərlər. Bu təklifə Gürcüstan və Fransa ciddi maraq göstərdikləri halda halda real sonluqla nəticələnəcəkdir. Fransa (eks-prezident N.Sarkozi) bir dəfə Gürcüstanı müharibənin xətasından qismən də olsa xilas edə bildi. Fransanın indiki Prezidenti Olland da müharibə təhlükəsini Gürcüstandan uzaqlaşdıra bilər. Amma bunu Gürcüstan özü istəməlidir".
Fuad
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22