Sona Vəliyevanın kitabı nəşr olunub
11:28 18-07-2014
CƏMİYYƏT
Sona Vəliyevanın kitabı nəşr olunub
Şairənin "Arazbarı" şeirlər kitabı İranda işıq üzü görüb
Filologiya üzrə fəlsəfə doktoru, şairə Sona Vəliyevanın "Arazbarı" şeirlər toplusu İranda nəşr olunub.
Kitab İran Mədəniyyət və İslami İrşad Nazirliyinin icazəsi ilə "Avayi Münci" nəşriyyatı tərəfindən yüksək poliqrafiya və nəfis dizaynla ərsəyə gəlib. Təbrizli tənqidçi Susən Nəvadeh Rəzi kitab haqqında yazır: "Şairə miflərlə tanışdır, xalq yaradıcılığı sahəsində əhatəli məlumatlara sahibdir, buna görə də fikirlərini ifadə edərkən onları gözəl şəkildə qələmə alır, beləliklə də düşündüklərini biçimləndirərək sözlərinin mənasını qat-qat gücləndirir". Sona Vəliyevanın "Arazbarı"da cəmləşdirilmiş şeirləri orijinal üslubda oxucunun görüşünə gəlmişdir. Bu orijinallığı yaradan şairənin rəvan yazı dili, fəlsəfi düşüncəsi ilə şeirlərin məzumunundakı uyğunluq və bağlılıqdır. "Arazbarı"dakı şeirlərin dərin məzmununda ana məhəbbəti, vətəndaş məsuliyyəti, insan duyğuları, bəşəri dəyərlərin qorunması arzusunu vahid bir xətt üzrə izləyə bilirik. Burada inkaredici fikir və ifadəyə rast gəlinmir. Bunları nəzərə alaraq deyə bilərik ki, əslində şairə poeziya yaradıcılığında özünün, özü kimi görmək istədiklərinin, özünə, xalqına, ölkəsinə, dövlətinə aid olanların ümumiləşdirilmiş obrazını yaratmışdır. Urmiyalı tədqiqatçı, şair və tərcüməçi Əkbər Əlyar Həmidi kitabın İran nəşrinə əlavə etdiyi girişdə yazır: "Həkimə Billuri və Mədinə Gülgündən sonra belə bir qadın şairə ilə rastlaşmaq olduqca maraqlı və gözlənilməzdir, çünki onlar müşəxxəs (bəlli) bir dövrdə müəyyən səbəblərə görə, təbii olaraq nisgil və həsrət şeirinin bayraqçıları olmuşlar, ancaq Sona Vəliyeva tam fərqli bir şəraitdə, özü də təkcə nisgil yox, bəlkə yarınisgil, yarıepik bir yaradıcılığın sahibidir". İranın Urmiya şəhərində dərc olunan "Dəniz" qəzetində "Arazbarı" barədə yayılmış məlumatda oxuyuruq: "Sona xanım Vəliyeva Azərbaycan ədəbiyyatında nadir yaradıcılıq üslubu ilə seçilən, poetik düşüncələrini lirik-fəlsəfi biçimdə oxucuyla bölüşməyi bacaran şairədir. Özünəməxsus deyim tərzi, xalq dilinə və poeziyasına yaradıcılıqla yanaşması, Vətənə və insani dəyərlərə olan tükənməz məhəbbəti, aydın və şəffaf mövqedən poetik dildə ustalıqla təsvir etmək bacarığı şairənin ədəbi aləmdəki nadir üslubunu ortaya qoymuşdur".
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22