Azərbaycanın yumor gündəmini zəbt edən şəxs: "ABŞ-da polislərə diz çökdürdüm"
09:48 24-07-2014
ŞOU
Azərbaycanın yumor gündəmini zəbt edən şəxs: "ABŞ-da polislərə diz çökdürdüm"
"ABŞ-da az qaldı məni güllələyələr"
Onu əksəriyyətiniz "Youtube"dakı videolarından, xarici ölkələrdə çəkdiyi görüntülərdən və ən əsası söyüşlü zarafatlarından tanıyırsınız. Adı Səbuhidir, soyadı Xanlarov. Amma daha çox "Dəstə", "Dəstəli" kimi məşhurdur. Bu zarafatcıl oğlanı - Səbuhi Xanlarovun verdiyi maraqlı məqamlarla dolu müsahibəsini təqdim edirik:
- Səbuhi, özünü necə təqdim edərdin?
- 33 yaşım var, ali təhsilli bank mütəxəssisiyəm. Türkiyədə Qazi Universitetini bitirmişəm, təmiz azərbaycanlıyam.
-"Stand up"larda bir neçə xarici dildə danışırsan. Hansı dilləri bilirsən?
- Ərəb, ingilis, rus dili, Türkiyə türkcəsini əla bilirəm.
- Bu dilləri harada öyrənmisən?
- Bizim "stand up"çılara baxırsan?
- Baxıram, amma onlara gülə bilmirəm. Bir var nəsə bədahətən insanın içindən gəlsin, bir də var axşam evdə yazırsan, səhər durub onu oxuyursan.
- KVN oynamısan?
- Oynamamışam, təklif də almamışam. Bu yaxınlarda keçmiş KVN-çilərdən biri dedi ki, mənimlə əlaqə saxla. Mən də saxlamadım.
- Xaricdə çəkdiyin videolarda vətəndaşlara qarşı söyüş işlədirsən. Bakıda bunu edə bilərsən?
- ...Bakıda bu mümkün deyil. Sənin "stoyka"na, sənin stilinə, sənin imicinə, sənin duruş formana mənim canım qurvan (gülür). Səmimi qəlbdən deyirəm.
- Nə vaxtsa incəsənət təhsili almaq fikrin olub?
- Təhsil almaq yox, amma uşaqlıqdan incəsənətə böyük həvəsim olub.
- Bəs niyə incəsənətə həvəsi olan biri bank sahəsini seçdi?
- Bank işçisi deyəndə ki, təhsilim odur. Bu sahədə işləməmişəm.
- Bu zarafatlara görə səni qınayanlar olur?
- Bəli, artıq-əskik şərhlər də yazırlar.
- Bu, səni qıcıqlandırır?
- Tamaşaçı kimi mənə maraqlıdır...
- Mənim ürəyim xəstədir və bunu dostlarım bilir. Hətta 2010-cu ildə Türkiyədə mənə 7 ay vaxt qoymuşdular. Hətta bu barədə həkim kağızı da var məndə. Orada belə bir qayda var. Hər şeyi adamın üzünə deyirlər. Mənə demişdilər ki, cəmi yeddi ay yaşayacaqsan və o biri dünyanı qazanmaq üçün kimsənin qəlbini qırma.
- İçində ölüm qorxusu var?
- Əvvəl qorxurdum, indi yox. Bir də görürsən ki, hansısa məclisdə deyib gülürsən. Evə gəlirsən, öz problemlərin yadına düşür. Elə bil ki, bir saat əvvəlki Səbuhi deyilsən. Çox istərdim ki, insanlar evə gələndə məni görsünlər.
- Hə də təxminən elə. Allah yaxşıların canını sağ eləsin.
- Əksəriyyət səni "Dəstə", "Dəstəli" kimi tanıyır. Amma çox adam bilmir ki, Dəstə haradır? Ümumiyyətlə, sənin o bölgəyə aidiyyətin var?
- (Gülür) Doğrusu, heç özüm də bilmirəm Dəstə haradır və heç orada olmamışam da.
- Deyilənə görə Ordubadda belə bir yer var...
- Hə, amma mən ordubadlı deyiləm, Qərbi Azərbaycandanam. Bizi də bir dağ ayırır, eyni zonadır.
- Bütün yumoristlərin cəmiyyətə vermək istədikləri bir mesaj var. Sənin vermək istədiyin mesaj nədən ibarətdir? Nəyə ironiya edirsən, nədən narazısan?
- Mən cəmiyyətdən razıyam. Məndə ironiya deyə bir şey yoxdur. Videolarıma baxanda bilinir ki, heç nəyə qarışmıram. Zarafatlarım sırf ayrı-ayrı insanlarladır, cəmiyyətlə yox.
- Neçə ləhcə bilirsən?
- Bütün rayonların ləhcəsində qrammatik danışıram (növbəti suallara ləhcələrlə cavab verir).
- Bu ləhcələri necə öyrənmisən?
- Bunu da ordan-burdan qoparmışam.
- Efirə dəvət edirlər?
- Mənim efirim yoxdur. İndi cəmiyyət bir qədər pis formalaşıb. Heç kim heç kimin kitabını oxumur, heç kim heç kimin yaxşı olmağını istəmir. Amma inanın səmimiyyətimə, məsələn, kimsə deyir ki, filankəsi də bizim məclisimizə gətirə bilərsən? Deyirəm və təbii ki, aparıram. Mən beləyəm.
- Deyəsən, Dubayda səni kiminləsə səhv salmışdılar...
- Zilli dükanında idim. Bir qadın yaxınlaşdı ki, oğlum azərisən? İngiliscə cavab verdim. Qayıtdı yanındakı qızına dedi ki, ay Nigar, ay Nigar bu fahişənin balası necə də bizimkilərə oxşayır...
- Bəs evdə hansı ləhcəylə danışırsan?
- Deyib-gülən adam olsam da, evdə tam başqayam.
- Yəni ciddi?
- Bəli, indi gördüyünüz Səbuhidən qəti əsər-əlamət olmur.
- Evdəkilər "stand up"lara baxıblar?
- Evdəkilər o qədər də müasir deyillər və internetə girmirlər.
- Deyəsən, bu mətbuata ilk müsahibəndi.
- Bəli, ilk müsahibəmdir. Amma çoxları müsahibə istəyib verməmişəm. Ümumiyyətlə, belə şeyləri xoşlamıram.
- Yəqin ki, sənin də öz maraqların, hobbin var...
- Desəm, bəlkə də, gülməli alınar. Mən heyvan başları yığıram. Çox bahalı ov heyvanlarının başları var məndə. Bəzilərinin 20-30 min qiyməti var. Kolleksiyam üçün xüsusi otaq ayırmışam. Ümumilikdə 432 ədəd heyvan başı toplamışam.
- Hamısını özün almısan?
- Aldıqlarım da var, hədiyyə də ediblər. Avropada yaşayan dostlarım bilirlər ki, belə şeylərə maraqlıyam, hədiyyə göndərirlər.
- Neçə ildir bu kolleksiya var səndə?
- 17-18 yaşımdan heyvan başı yığıram - 1997-ci ildən.
- Əməlli-başlı sərvətdir. Nə vaxtsa həmin başları satmaq, nəyləsə dəyişmək haqda düşünmüsən?
- Yox hələ, demişəm ki, mən öləndə də onlara dəyməsinlər. Çünki mən onlarla nəfəs alıram. Axı onları tapınca əziyyət çəkirəm. İnan ki, bəzən bir başa görə hansısa xarici ölkəyə gedirəm.
- Bəs gömrükdə problem olmur?
- Yox, qeyri-qanuni deyil ki, icazəsi var.
- Görünüşündən yeyib içən oğlana oxşayırsan. Gün ərzində nə qədər xərcin çıxır?
- Mənim 33 yaşım var, bütün videolarımda da əlimdə badə olur. Amma içki içmirəm. Hətta siqaret də çəkmirəm. Bəzi gənc aktyorlar kimi səhərə qədər çöldə, bayırda olmuram. Axşam saat 9-da evimdəyəm, səhər saat 8-də dururam. Pulumu da ailəmə, övladlarıma xərcləyirəm.
- Amma kənardan tam fərqli təsir bağışlayırsan...
- Ola bilər. Həm də artıq pulum yoxdur ki, başqa nəyəsə xərcləyim.
- Hansı ölkələrdə videon var?
- Əksər ölkələrdə.
- Bəs hansında camaatın reaksiyası səni təəccübləndirib?
- Fransızlarla bizim xalqın oxşarlığı var xasiyyətdə. Məsələn, Dubayda gəlib kiminsə başına şillə də vurursan, sonra "sorry" deyib yola verirsən. Amma Fransada onu edə bilməzsən. Bakı kimi yerdir, eyni "tema"dır. Dubaydakını Fransada eləsən, adamın ölüsünü, dirisini təbrik edərlər (gülür).
- Ölkədən kənarda harada tanınırsan?
- Məni İsraildə, Türkiyədə çox izləyirlər. Orada yaşayan azərbaycanlılar tanıyırlar.
- Dediyin kimi Türkiyədəki "stand up"ların əksəriyyəti söyüşlüdür. Türkiyə telekanallarından belə bir layihəylə bağlı təklif gəlsə, qəbul edərsən?
- Təklif gəlmədiyinə görə nəsə deyə bilmərəm. Amma olsa, yaxşı olar. Bir var köməksiz nəsə edirsən və sonra da qınayırlar ki, bunu eləmə, bir də var ki, bu sahədən başı çıxan peşəkar prodüser səni başa salır.
- Uşaqlıqdan zaraftcıl olmusan?
- Çox zarafatcıl olmuşam. Amma həm də savadlıydım. Azərbaycanda 1994-cü ildə test bərpa olundu və Türkiyəyə gedən 14 nəfərdən biri də mən olmuşam.
- Orta məktəbi 14 yaşda bitirmisən?
- Yox. Həbib bəy Mahmudbəyov adına texniki-humanitar lisey var idi, orada oxuyurdm. Düzdür, onda test indikindən sadə idi, amma hamısına cavab vermişdim.
- Tanınmağından hardasa istifadə edirsən?
- Vallah yox. Yol polisi saxlayanda düşüb qabağına qaçıram düşünməsin ki, istifadə edir. Birinci sənədimi göstərirəm. Mənə hörmət edən də sağ olsun, etməyən də. Azərbaycanda hamıdan razıyam, hörmətimi saxlayırlar.
- Facebook profilində səni söyənlər də olur deyəsən...
- Bəli, elələri də olur. Sizə bir maraqlı əhvalat danışım. Ümumiyyətlə, çox iti yaddaşım var. Bir adamı ani olaraq bir dəfə görüm, vəssalam. Bu yaxınlarda ticarət mərkəzlərinin birindəyəm. Hamı gəlib şəkil çəkdirirdi. Bir nəfər də yaxınlaşdı. O dəqiqə tanıdım ki, bu məni statuslarda söyən oğlandır. Dedim məni şərhlərdə söyürsən, ayıb olsun.
Digər Xəbərlər
2024-12-25 11:01:00
2024-12-25 00:10:59
2024-12-24 21:20:55
2024-12-24 20:31:08
2024-12-24 19:39:46
2024-12-24 15:39:20
2024-12-24 14:50:27
2024-12-24 12:31:51
2024-12-24 00:09:55
2024-12-23 23:34:42
2024-12-23 20:08:25
2024-12-23 19:06:15
2024-12-23 18:45:44
2024-12-23 18:17:30
2024-12-23 15:54:27
2024-12-23 12:05:00
2024-12-22 17:41:07
2024-12-22 16:39:35
2024-12-22 10:10:52
2024-12-22 09:20:38