Vasif Talıbov: "Azərbaycan Ordusunda olan yüksək döyüş əhval-ruhiyyəsi torpaqlarımızın toxunulmazlığına tam təminat verir"
"Əsgərlər arasında vətənpərvərlik və birlik hər bir ordunun gücünü təşkil edən başlıca amildir. Bu gün Azərbaycan Ordusunda olan birlik, vətənpərvərlik və yüksək döyüş əhval-ruhiyyəsi torpaqlarımızın etibarlı müdafiəsinə və toxunulmazlığına tam təminat verir".
Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Sədərək rayonunda Ermənistanla sərhəddə yerləşən hərbi hissədə olarkən deyib.
O qeyd edib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikamızda yerləşən bölmə və hissələri də torpaqlarımızın müdafiəsini təmin etməklə bərabər, həm də sərhədlərimizi etibarlı şəkildə qoruyur: "Siz üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirməklə, xidmətinizi qarşılıqlı hörmət və birlik əsasında qurmaqla, ilk növbədə, ölkəmizin müdafiəsinin etibarlı təşkilinə və xalqımızın rahat yaşayışına xidmət edirsiniz. Unutmamalısınız ki, xidməti fəaliyyətinizi işğalçı ölkə ilə sərhəddə aparırsınız. Ona görə də döyüş hazırlığınız daim yüksəldilməli, təhlükəsizlik tədbirlərinə əməl edilməli, xidməti tapşırıqlar vaxtında icra olunmalıdır".
Ali Məclisin sədri şəxsi heyətin bundan sonra da öz xidməti fəaliyyətlərini uğurla yerinə yetirəcəklərinə əminliyini bildirib, onlara xidmətdə uğurlar arzulayıb.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53