Zakir Həsənov: "Gürcüstanla hərbi əməkdaşlıq yüksək templə inkişaf edir və bu əlaqələr daimi olacaq"
09:41 19-08-2014
CƏMİYYƏT
Zakir Həsənov: "Gürcüstanla hərbi əməkdaşlıq yüksək templə inkişaf edir və bu əlaqələr daimi olacaq"
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizə rəsmi səfərə gələn Gürcüstanın müdafiə naziri İrakli Alasaniyanı qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İ.Alasaniyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunun Qərargahı qarşısında rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət bayrağının dalğalandığı meydanda Gürcüstan müdafiə nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovulun rəisi raport verdikdən sonra Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Z.Həsənov qonaqları Azərbaycanın qədim diyarı Naxçıvanda salamlayaraq, Gürcüstanla aparılan danışıqların və keçirilən görüşlərin strateji əhəmiyyət daşıdığını vurğulayıb, hərbi əməkdaşlığın yüksək templə inkişaf etdiyini və bu əlaqələrin daimi olacağını qeyd edib.
Öz növbəsində, qonaq Naxçıvan şəhərinə ilk dəfə səfər etdiyindən məmnun olduğunu bildirib və yüksək qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib.
Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33