Bakıda bir ailəyə divan tutuldu
Qaynınanaya hirslənən kürəkən 4 nəfəri qana boyandı
Bakının Xəzər rayonunda baş verən ailə cinayətinin bəzi təfərrüatları məlum olub. Xəzər rayon prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, cinayəti törədən Nahid Qədəşov Abdullayevlərin kürəkəni olub.
Məlumata görə, xeyli vaxt imiş ki, Nahid Qədəşovun ailəsi ilə problemlər yaşayıb. Həyat yoldaşı ilə yola getməyən Qədəşovun ailə işlərinə qayınanası tez-tez müdaxilə edib. Avqustun 25-də, saat 22.00 radələrində qohumlar arasında mübahisə yenidən gündəmə gəlib. Nahid Qədəşov qardaşı Cahidlə birlikdə ailə mübahisəsini həll etmək üçün qayınatası evinə gəlib. Bu zaman Nahidlə qayınanası Ülkər Abdullayeva mübahisə edib. Mübahisə zamanı Nahid bıçaqla qayınanasına çoxsaylı zərbələr vurub. O, həmin vaxt qayınatası Tərlan və qayını Rəhmana da xəsarət yetirib. Cahidsə onları aralaşdırmaq istəyib. Bu zaman Cahid də bıçaq xəsarəti alıb.
Bakının Xəzər rayonda qətl hadisəsi baş verib. Bu barədə Teleqraf.com-a Xəzər rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, hadisə rayonun Şağan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 88-də qeydə alınıb. Hadisə zamanı 1965-ci il təvəllüdlü Ülkər Abdullayeva, onun həyat yoldaşı, 1962-ci il təvəllüdlü Tərlan Abdullayev, onun oğulu, 1987-ci il təvəllüdlü Rəhman Abdullayev bıçaqlanıb. Yaralılar ağır vəziyyətdə Sabunçu şəhər Xəstəxanasına gətiriliblər və təcili olaraq onlara tibbi yardın göstərilib. Tibbi yardım göstərilməsinə baxmayaraq Ülkər Abdullayeva orada ölüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Nahid Vahid oğlu Qədəşov tutulub. Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) 29.120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
Digər Xəbərlər
2025-02-27 09:00:14

2025-02-27 08:59:00

2025-02-27 08:57:07

2025-02-27 08:54:46
2025-02-26 22:55:46

2025-02-26 22:36:19

2025-02-26 21:14:26

2025-02-26 20:42:31

2025-02-26 20:15:16

2025-02-26 20:09:06

2025-02-26 18:59:30

2025-02-26 18:57:18

2025-02-26 18:57:03

2025-02-26 18:48:03

2025-02-26 18:47:58

2025-02-26 18:35:21

2025-02-26 18:33:32
.jpg)
2025-02-26 18:31:01

2025-02-26 18:24:13
