Avropada böyük futbol həyəcanı: 6 gündə 52 oyun
Bu gün AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunlara start veriləcək. Bu dəfə qruplarda iki turun qarşılaşmaları keçiriləcək.
Hər tur 3 gün davam etdiyindən ardıcıl 6 gün bütün Avropanın diqqəti yaşıl meydanlara yönələcək. Turların hərəsində 5 komandanın olduğu İ qrupunda 2, digər qruplarda isə 3 oyun baş tutacaq. Ümumilikdə isə azarkeşlər 52 oyunun həyəcanını yaşayacaq.
H qrupunda çıxış edən Azərbaycan millisi də iki matça çıxacaq. Yığmamız favoritlərin qonağı olacaq. Berti Foqtsun yetirmələri oktyabrın 10-da İtaliya, 13-də Xorvatiya önünə çıxacaq.
Qonşu Türkiyə yığması isə ilk matçdakı məğlubiyyəti unutdurmaq üçün maksimum nəticə əldə etməlidir. "Ay-ulduzlular" Çexiya ilə ev, Latviya ilə səfər matçlarında vəziyyətini düzəltməyə çalışacaq.
6 gün ərzində baş tutacaq bəzi qarşılaşmalar daha çox maraq kəsb edir. G qrupunun favoritləri İsveçlə Rusiya artıq sabah üz-üzə gələcək. B qrupunun ən güclüləri sayılan Belçika ilə Bosniya və Herseqovina da bu oyunlarda münasibətlərinə aydınlıq gətirəcək. İ qrupunda isə Danimarka ilə Portuqaliyanın dueli böyük maraq kəsb edir.
AVRO-2016-nın seçmə mərhələsi, 9 oktyabr, C qrupu:
23:45. Belarus - Ukrayna
23:45. Makedoniya - Lüksemburq
23:45. Slovakiya - İspaniya
E qrupu:
23:45. İngiltərə - San-Marino
23:45. Litva - Estoniya
23:45. Sloveniya - İsveçrə
G qrupu:
23:45. Lixtenşteyn - Monteneqro
23:45. Moldova - Avstriya
23:45. İsveç - Rusiya
10 oktyabr:
A qrupu:
23:45. Latviya - İslandiya
23:45. Hollandiya - Qazaxıstan
23:45. Türkiyə - Çexiya
B qrupu:
23:45. Belçika - Andorra
23:45. Kipr - İsrail
23:45. Uels - Bosniya və Herseqovina
H qrupu:
23:45. Bolqarıstan - Xorvatiya
23:45. İtaliya - Azərbaycan
23:45. Malta - Norveç
11 oktyabr:
D qrupu:
21:00. İrlandiya - Cəbəllütariq
21:00. Şotlandiya - Gürcüstan
23:45. Polşa - Almaniya
F qrupu:
21:00. Rumıniya - Macarıstan
23:45. Finlandiya - Yunanıstan
23:45. Şimali İrlandiya - Farer adaları
İ qrupu:
21:00. Ermənistan - Serbiya
23:45. Albaniya - Danimarka
12 oktyabr:
C qrupu:
21:00. Ukrayna - Makedoniya
23:45. Belarus - Slovakiya
23:45. Lüksemburq - İspaniya
E qrupu:
21:00. Estoniya - İngiltərə
23:45. Litva - Sloveniya
G qrupu:
21:00. Avstriya - Monteneqro
21:00. Rusiya - Moldova
23:45. İsveç - Lixtenşteyn
13 oktyabr:
A qrupu:
21:00. Qazaxıstan - Çexiya
23:45. İslandiya - Hollandiya
23:45. Latviya - Türkiyə
B qrupu:
23:45. Andorra - İsrail
23:45. Bosniya və Herseqovina - Belçika
23:45. Uels - Kipr
H qrupu:
23:45. Xorvatiya-Azərbaycan
23:45. Malta - İtaliya
23:45. Norveç - Bolqarıstan
14 oktyabr:
D qrupu:
23:45. Almaniya - İrlandiya
23:45. Polşa - Şotlandiya
23:45. Cəbəllütariq - Gürcüstan
E qrupu:
23:45. San-Marino - İsveçrə
F qrupu:
23:45. Finlandiya - Rumıniya
23:45. Yunanıstan - Şimali İrlandiya
23:45. Farer adaları - Macarıstan
İ qrupu:
23:45. Danimarka - Portuqaliya
23:45. Serbiya - Albaniya
İlkin Həsənoğlu
Digər Xəbərlər
2025-03-03 21:52:19

2025-03-03 21:43:38

2025-03-03 21:00:08

2025-03-03 19:11:43

2025-03-03 18:32:57

2025-03-03 14:14:00

2025-03-03 13:53:59

2025-03-03 13:53:00

2025-03-03 12:52:00

2025-03-03 11:30:00

2025-03-03 11:19:50

2025-03-03 00:49:00

2025-03-02 23:30:24

2025-03-02 21:44:44

2025-03-02 21:18:11

2025-03-02 20:32:15

2025-03-02 19:37:16

2025-03-02 19:00:33

2025-03-02 13:03:40

2025-03-02 12:38:07
