Rusiya separatçılar üçün açıq qapı saxlayır
Sabiq nazir: "Ukrayna keçmişindən ayrıla bilmir"
Rusiya Federasiyası ATƏT-in Ukrayna ilə sərhəd üzərində nəzarətin gücləndirilməsinin qarşısını alıb. Bu barədə ABŞ-ın ATƏT-dəki daimi missiyanın mətbuat xidmətindən bildirilib.
Məlumatda bildirilir ki, Vyanada ATƏT-ə üzv ölkələrinin görüşündə Rusiya Ukrayna-Rusiyanın sərhədində nəzarət buraxılış məntəqələrinin sayının artırılmasına qarşı çıxıb. Həmin nəzarət buraxılış məntəqələrində ATƏT-in müşahidəçilərinin yerləşdirilməsi nəzərdə tutulurdu. "Üzv dövlətlər və ATƏT-in partnyorlarının dəfələrlə etdiyi xahişlərə baxmayaraq, Rusiya sərhəd məntəqələrində missiyanın genişləndiriilməsinə qarşı çıxmaqda davam edir. Hazırda yalnız iki sərhəd nəzarət buraxılış məntəqəsi açılıb", - deyə xəbərdə deyilir.
Rusiya həmçinin müşahidəçilərin sayının artımına da veto qoyub.
"Ukrayna seçiciləri 26 oktyabrda yalnız ölkəsinin taleyini deyil, həm də Avropanın əhəmiyyətli hissəsinin taleyini həll edəcəklər". Bu sözləri isə İsveçin keçmiş xarici işlər naziri Karl Bildt "Novıy region" nəşrində dərc etdiyi məqaləsində yazıb.
İsveçli siyasətçi Ukraynanın bütün post-sovet dövlətləri içərisində ən pis nəticələri qazandığını, korrupsiyanın istehsal potensialını məhv etdiyini bildirib. O, Ukraynanı qonşusu Polşa ilə müqayisə edib: "Ukraynanın müstəqillik qazandığı ilk illərdə iqtisadi nəticələrdə Polşa ilə müqayisə gözə çarpmırdı. Hər iki ölkədə adambaşına düşən ümumi daxili məhsulun göstəricisi eyni idi. Bu gün isə Polşa Ukraynanı üç dəfədən çox qabaqlayır".
2004-cü ildə baş verən "Narıncı inqilab"ın ukraynalıların əksəriyyəti üçün uğrsuz olduğunu deyən sabiq xarici işlər naziri keçmişlə istənilən qırılmanın olmadığını deyib. O, bunu ölkənin yeni liderlərinin arasında siyasi qarşıdurmalarla izah edib.
Zəiflədilmiş Rusiyanın belə yaxın gələcəkdə güclü hakimiyyətə malik olacağını qeyd edən isveçli siyasətçi bildirib ki, yalnız güclü və qətiyyətli Ukrayna Rusiyanın ambisiyalarının qarşısını ala bilər.
Bu arada Rusiyanın kəşfiyyat təyyarəsi icazəsiz Estoniyanın hava məkanına daxil olub. Məsələ ilə əlaqədar Rusiya səfiri Estoniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Estoniya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, bu pozuntunu ciddi qəbul edən Baltik ölkəsi səfirdən qəti izahat tələb edir.
Sözçünün bildirdiyinə görə, Estoniya Rusiyanın İlyuşin-20 izləmə təyyarəsinin nə üçün hava sərhədini keçdiyini bilmək istəyir.
NATO Rusiya təyyarəsinin Estoniya ərazisində təxminən 1 dəqiqəyə yaxın qaldığını bildirib. Alyansın məlumatına görə, naməlum təyyarə radarda peyda olandan sonra Estoniyadakı hərbi bazadan Danimarka və Portuqaliya F-16-ları havaya qalxıb.
Danimarka döyüş təyyarələri Rusiya təyyarəsini aşkar edə bilib.
"Putin var Rusiya var, Putin yoxdur Rusiya yoxdur". Bu sözləri isə Rusiya prezident administrasiyasının sədr müavini Vyaçeslav Volodin "Valday" diskussiya klubunda çıxışında Rusiya vətəndaşlarının prezidenti ətrafında birləşməsi ehtiyacından danışarkən deyib.
"Valday" diskusiya klubunun 11-ci mövsümü bu gün Soçidə başlayıb. Üç gün ərzində beynəlxalq ekspertlər Rusiya və ümumdünya siyasəti məsələlərinə həsr edilmiş ondan plenar iclas və dəyirmi masa keçirməyi planlaşdırırlar.
V.Volodin əsas məsələlər üzrə Rusiyanın mövqeyini izah edib. Rusiya vətəndaşlarının da dövlət başçısı Vladimir Putinin siyasətini müdafiə etdiyini deyən prezident administrasiyasının rəsmisi bunun sorğularda da əks olunduğunu deyib. O, xatırladıb ki, FOMA sorğu şirkətinin keçirdiyi son sorğuların nəticələrinə görə, vətəndaşların 84 faizi prezidentin siyasətini dəstəkləyir, 65 faizi isə prezident seçkilərində başqa namizəd görmür.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2025-02-27 18:55:54

2025-02-27 18:04:36

2025-02-27 17:20:21

2025-02-27 17:12:40

2025-02-27 17:08:07

2025-02-27 17:06:00

2025-02-27 16:57:12

2025-02-27 16:46:20

2025-02-27 16:25:17

2025-02-27 16:20:00

2025-02-27 15:47:44

2025-02-27 15:35:48

2025-02-27 15:17:01

2025-02-27 15:02:00

2025-02-27 14:26:00

2025-02-27 14:14:54
