Radikal müxalifətə tərs sillə
10:30 08-11-2014
CƏMİYYƏT
Radikal müxalifətə tərs sillə
Elçin Mirzəbəyli: "Müsavat bu mənada özünü sığortalamaq istəyir"
"Milli Şura"nın keçiriləcək mitinqində Arif Hacılı ilə İsa Qəmbərin Cəmil Həsənli və Əli Kərimli ilə eyni cərgədə olmayacağı onların düşmənçilik münasibətlərindən xəbər verir".
Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli Müsavat rəhbərliyinin "Milli Şura"nın mitinqini tribunadan izləməkdən imtina etməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, bu insanların bir-birlərinə patoloji nifrətləri olub: "Milli Şura" adlanan anti-milli qurumun təmsilçiləri elə hesab edirlər ki, onlar aksiyalarda öndə getməklə və təkbaşına bu aksiya missiyasını üzərinə götürməklə radikal müxalifət düşərgəsində önə çıxacaqlar və müsavatdaxili ziddiyətlərdən öz maraqları üçün istifadə edəcəklər. Amma radikal düşərgədə baş verən proseslər və bu düşərgəyə ictimai dəstəyin olmaması, eləcə də son dövrlər müxalifət daxilində baş verən istefalar onu göstərdi ki, faktiki olaraq bu düşərgənin siyasi proseslərdə önə çıxa biləcək heç kimi yoxdur. Bu mənada hesab edirəm ki, "Milli Şura"nın keçirdiyi aksiyaların heç bir effekti olmayacaq. Düşünürəm ki, onlar bir çox məqamları da nəzərə alırlar. Çünki onlar mitinqi siyasiləşmiş dini cərəyanların təmsilçiləri ilə bir yerdə keçirəcəklər. Heç şübhəsiz ki, onların şüarları Nardaranda İran bayraqlarının asılması ilə açıq şəkildə özünü büruzə verdi. Görünür, Müsavat bu mənada özünü sığortalamaq istəyir".
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24