"Xaricdəki erməni lobbisinin tərəfindən ayrılmış maliyyə hesabına keçirilən mitinq"
10:39 08-11-2014
CƏMİYYƏT
"Xaricdəki erməni lobbisinin tərəfindən ayrılmış maliyyə hesabına keçirilən mitinq"
"Milli Şuranın noyabrın 10-da keçirəcəyi mitinq sifarişli mitinqdir. Bu mitinqin Azərbaycan xalqına, Azərbaycanda demokratiyanın inkişafına, xalqın rifah halının yaxşılaşdırılmasına heç bir aidiyyəti yoxdur". Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, bu, sadəcə olaraq xaricdəki erməni lobbisi və ayrı-ayrı qurumlar tərəfindən ayrılmış maliyyə hesabına keçirilən mitinq olacaq: "Heç mitinq də yox, piket olacaq. Bunlar mitinq keçirə bilmirlər, çünki sosial bazaları yoxdur. Burada məqsəd şəkillər çəkib müxtəlif Avropa qurumlarına material verməkdir ki, onlar da bundan istifadə edib Azərbaycana bu və ya digər şəkildə təzyiqlər göstərsinlər. İkinci bir məqsəd də ondan ibarətdir ki, həm Milli Şura rəhbərliyində olanlar, həm də onların ətrafında olanlar bundan kifayət qədər pul mənimsəsinlər".
O, qeyd edib ki, artıq AXCP-də bu məsələ ciddi şəkildə qalxıb, bir neçə funksioneri istefa verib və bilavasitə bunları ifşa edib: "İstefa verənlər də qeyd ediblər ki, bunlar xaricdən vəsait almaqla, xaricə işləməklə Azərbaycanın milli maraqlarını satırlar. Bu baxımdan da bir daha sübut olundu ki, bura toplaşan qüvvələrlə xaricdə Azərbaycan əleyhinə erməni lobbisinin heç bir fərqi yoxdur".
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00