Üç həftə ərzində İranla bağlı ciddi
qərarlar veriləcək"
Ekspert: "Rusiyanın Avropanı qaz şantajı altında saxlaması kimi məsələləri nəzərə alan ABŞ ilkin anlaşmada maraqlıdır"
"Yaxın 3 həftə ərzində İranla bağlı çox ciddi qərarlar veriləcək". İranın "G-6" ilə nüvə müzakirələrində razılaşma perpektivlərini dəyərləndirən "Real" Hərəkatının icraçı-katibi Natiq Cəfərli belə bir iddia ilə çıxış edib.
N.Cəfərli ABŞ Prezidenti Barak Obamanın da bir müddət əvvəl belə bir fikir səsləndirdiyini bildirib. Danışıqların yekun mərhələsində olduğunu deyən "Real" rəsmisi hesab edir ki, "G-6" ilə aparılan müzakirələrdə çox ciddi irəliləyişlər var: "Baş verən proseslərdən istifadə edərək, İran maksimal şəkildə özünə uyğun şərtlər daxilində, Qərb dövlətlərinin maraqlarını müəyyən qədər təmin etməklə məsələni həll etməyə çalışacaq. Çünki İran iqtisadiyyatında ciddi problemlər var. Sanksiyaları üzərindən götürüb dünyaya açılmaq istəyir. Enerji resurslarından siyasi silah kimi istifadə edilməsini görərək, öz enerji resurslarını dünya bazarına çıxarmağı düşünür. Bu dünyada siyasi qarşılanacaq bir addım ola bilərdi. Rusiyanın Avropanı qaz şantajı altında saxlaması, dünyada neftlə bağlı gedən prsoslər kimi məsələləri nəzərə alaraq, ABŞ İranla ilkin anlaşmasının olmağında maraqlıdır. Çox güman ki, noyabrın sonunda tərəflər arasında razılaşma olacaq. Bu isə İranın dünya bazarına çıxmasına əlavə şans verəcək. Nəticədə neft və qazın qiymətində aşağıya doğru bu günə qədər olan trendin davamını görə bilərik".
Bu arada ABŞ prezidenti Barak Obama İranın dini lideri Ayətullah Seyid Əli Xamneyi gizli məktub göndərib. Belə bir iddia ilə "Wall Street Journal" çıxış edib.
Məlumata görə, gizli məktubda Obama İrana İŞİD-lə mübarizənin 2 ölkənin birgə maraqlarına uyğun olduğunu təklif edib.
Məktubda həmçinin Obamanın İranın nüvə məsələsində tutduğu mövqeni yumşaltmağa cəhd etdiyi bildirilir.
Məktubun gizli olmasının səbəbini isə qəzet ABŞ-ın müttəfiq ərəb ölkələrini və İsraili hiddətləndirməmək üçün edildiyini iddia edib. Bu ölkələr İranla ABŞ arasındakı yaxınlaşmanı bölgədəki tarazlığı pozacağından narahatdır.
Murad İbrahimli
Digər Xəbərlər
2025-02-27 19:23:19

2025-02-27 18:55:54

2025-02-27 18:04:36

2025-02-27 17:20:21

2025-02-27 17:12:40

2025-02-27 17:08:07

2025-02-27 17:06:00

2025-02-27 16:57:12

2025-02-27 16:46:20

2025-02-27 16:25:17

2025-02-27 16:20:00

2025-02-27 15:47:44

2025-02-27 15:35:48

2025-02-27 15:17:01

2025-02-27 15:02:00

2025-02-27 14:26:00
