Milli Şuranın mitinqi sosial bazanın olmadığını göstərdi
14:04 12-11-2014
CƏMİYYƏT
Milli Şuranın mitinqi sosial bazanın olmadığını göstərdi
"Bu, mitinq nə qədər təbliğ olunsa da, faktiki olaraq 500-600 nəfərdən artıq insan toplaya bilmədilər"
Məlum olduğu kimi, Milli Şura noyabrın 9-da növbəti dəfə mitinq keçirdi. Amma bu dəfə də radikal müxalifət biabır oldu. Meydana bir piketin adamını toplaya bilməyən radikalların hansı gücə malik olduqları ortaya çıxdı.
Təbii ki, bunun da səbəbləri var. Birincisi, artıq cəmiyyət bu düşərgənin milli maraqları yox, şəxsi mənafelərini güddüklərini bilir. Bununla yanaşı, Milli Şuranın Azərbaycanda daxili qarşıdurma yaratmaq istəyən Qərb dövlətlərinin əl oyuncağı olduğu hamıya bəllidir. Ona görə də mitinqlərinə heç kim gəlmir. Gələnlərin də əksəriyyəti jurnalistlər, hüququ-mühafizə orqanlarının əməkdaşlarıdır.
"İnformasiyalı Cəmiyyət Uğrunda" İctimai Birliyin sədri Mehman Muradlı "Unikal"a açıqlamasında deyib ki, Milli Şuranın son mitinqi bir daha göstərdi ki, müxalifətin faktiki olaraq sosial bazası yoxdur: "Bu, mitinq nə qədər təbliğ olunsa da, faktiki olaraq 500-600 nəfərdən artıq insan toplaya bilmədilər. Bunun səbəbi isə mitinqi təşkil edən partiya rəhbərlərinə olan inamsızlıqdı. O, adamlara inam getdikcən aşağı düşür. Son mitinq Milli Şuranın fiaskosudu. Əslində, Milli Şura özünü sözün bütün mənalarında buraxmalıydı. Lakin süni nəfəslə özlərini ayaqda saxlamağa çalışırlar. Sosial şəbəkələrdə saxta profillər açıb insanları mitinqə səsləməklə bu işlər qurulmur. Mitinq təşkilatçıları virtual dünyaya o qədər qapanıblar ki, saxta profilləri real bilirlər və nəticə göz qabağındadı. Virtual aləmlə işləməyi gözəl bacaran Əli Kərimli real dünyada qurduğu oyunları virtual dünyaya transfer edib və bu dəfə də yanılıb".
"Milli Şuranın növbəti dəfə biabır olacağı əvvəlcədən bəlli idi, çünki artıq xalqa bu adamların iç üzünü açmışıq. Bu səbəbdən də insanlar milli maraqlarımıza düşmən olan adamlara dəstək vermirlər".
Bu fikirləri "Unikal"a Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Milli Şuaranın 9 noyabr mitinqinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu məsələdə Müasir Müsavat Partiyasının təşviqat qrupunun xüsusi rolu olub: "Uzun illərdir ki, radikal müxalifət Azərbaycanın maraqlarını satmaqla məşğuldur. Bu məsələdə İsa Qəmbərlə Əli Kərimlinin rolu daha "əhəmiyyətli"dir. Onlar yalnız şəxsi maraqlarını təmin eləmək üçün zaman-zaman milli maraqlarımızı qurban veriblər. Milli Şura xaricdən tapşırıq alıb ki, Azərbaycanda daxili stabilliyi pozsunlar, amma biz buna imkan vermirik. Artıq neçə müddətdir ki, Müasir Müsavat Partiyası təşviqat qrupu yaradıb, bu anti-milli qüvvələrin zərərəsizləşdirilməsi üçün fəaliyyət göstərir. Biz mütəmadi olaraq, yerlərdə insanlarla görüşüb fikirlərimizi bölüşürük. Əli Kərimli, İsa Qəmbər kimilərinin xəyanətlərini onlara izah edirik".
H.Hacıyev onu da bildirib ki, artıq bu təbliğat işləri öz nəticəsini verməkdədir. "Gördüyünüz kimi, Milli Şuranın, daha doğrusu, milli satqınların mitinqi növbəti biabırçılıq oldu. O qədər təbliğatdan sonra mitinqə heç 5-6 yüz adam gəlmədi. Hələ xaricdən aldıqları pulun bir hissəsini xərclədilər, camaata pul payladılar. Bütün bunlara baxmayaraq gələn olmadı. Sözsüz ki, bizim fəaliyyətimizin təsiri böyükdür. Amma biz dayanmayacağıq, davam edəcəyik. Bu adamların iç üzünü xalqa göstərməkdən yorulmuruq, yorulmayacağıq"- deyə MMP sədri fikrini tamamlayıb.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02