Səttar Mehbalıyev: "Ümid edirik ki, üçtərəfli komissiyanın yaradılması məsələsi yaxın vaxtlarda öz həllini tapacaq"
14:08 12-11-2014
CƏMİYYƏT
Səttar Mehbalıyev: "Ümid edirik ki, üçtərəfli komissiyanın yaradılması məsələsi yaxın vaxtlarda öz həllini tapacaq"
Azərbaycan Həmkarlar İttifaqları dünya təcrübəsinə əsaslanaraq öz üzvlərinin sosial-iqtisadi sahədəki mövcud problemlərinin həllini Azərbaycan Hökuməti və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə razılaşdırılmış siyasət çərçivəsində konstitutsion əməkdaşlığın həyata keçirilməsində, BƏT-in prinsiplərinə uyğun olaraq Üçtərəfli komissiyanın işi üçün əlverişli şəraitin yaradılmasında görürlər.
Bunu "Üçtərəfli sosial dialoqun formalaşmasında və üçtərəfli komissiyanın yaradılmasında həmkarlar ittifaqlarının rolu" mövzusunda seminarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda sosial tərəfdaşlıq institutu hələ keçən əsrin 90-cı illərindən yaranıb. "Bazar münasibətləri əsasında yaranmış yeni iqtisadi inkişaf dövründə işəgötürənlər həmkarlar ittifaqları ilə əməkdaşlıq nəticəsində müəyyən iqtisadi və siyasi stabillik əldə ediblər. Zaman göstərdi ki, AHİK və onun üzv təşkilatları üçün işçilərin sosial-iqtisadi hüquqlarının qorunmasında sosial dialoq ən əsas forma sayılır. AHİK dövlətlə və işəgötürənlərlə dialoq yaradılmasına nail oldu, sosial-əmək münasibətlərinin yeni sisteminə, sivil sosial tərəfdaşlıq işinə öz töhfəsini verib", - deyə S.Mehbaliyev bildirib.
AHİK sədri qeyd edib ki, əməkdaşlığın əsasını Baş Kollektiv Saziş təşkil edir: "Biz yaranmış təcrübədən istifadə edərək Baş Kollektiv Sazişin bağlanmasından öncə, mübahisəli məsələləri həll etmək üçün Hökumətin, AHİK-in və Sahibkarlar (İşəgötürənlər) Təşkilatıarı Milli Konfederasiyasının nümayəndələrindən ibarət üçtərəfli komissiya yaratmışıq. Ancaq Baş Kollektiv Sazişlərin, yəni sosial-iqtisadi siyasət üzrə əsas sənədin həyata keçirilməsi təcrübəsi göstərir ki, respublikamızda problem doğuran bütün məsələlərin kompleks həlli üçün səlahiyyətli orqanın yaradılması zərurəti mövcuddur".
S. Mehbalıyev onu da bildirib ki, 2010-cu ildən etibarən Azərbaycanda kollektiv müqavilələrin bağlanması üçün sosial-iqtisadi məsələlər üzrə üçtərəfli komissiyaların yaradılması nəzərdə tutulur. Onun sözlərinə görə, bununla bağlı əsasnamə hazırlanıb: "Bu Əsasnaməyə ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin ümumi prinsipləri ilə uzlaşan təkliflərin işlənib hazırlanması, sosial stabilliyin qorunub saxlanması məqsədilə sosial-iqtisadi münasibətlərin nizamlanması, sosial dialoqun inkişaf etdirilməsinin dəstəklənməsi məsələləri daxildir. Komissiyanın səlahiyyətlərinə sosial-iqtisadi siyasətin işlənib hazırlanması və həyata keçirilməsi məsələləri üzrə mərkəzi icra hakimiyyəti orqanları ilə məsləhətləşmələr aparılması, müvafiq icra hakimiyyəti orqanlarından, işəgötürənlər və həmkarlar ittifaqları birliklərindən zəruri hallarda məlumatlar almaq, sosial tərəfdaşlıq və sosial əmək məsələləri üzrə keçirilən birgə tədbirlərdə iştirak etmək daxildir.
Üçtərəfli Komissiya haqqında hazırlanmış Əsasnamə sosial tərəfdaşların təklifləri nəzərə alınmaqla Nazirlər Kabinetinə təqdim edilib və işçi qrupu yaradılıb. Nəzərinizə çatdırmaq istəyirəm ki, bizim Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə zəhmətkeşlərin sosial-iqtisadi müdafiəsi, problemlərinin həlli, o cümlədən Üçtərəfli Komissiyanın yaradılması sahəsində səmərəli əməkdaşlığımız mövcuddur. Nazirlər Kabinetinə təqdim edilmiş Əsasnamədə BƏT-in tövsiyyələri və ekspertlərin müsbət rəyləri nəzərə alınıb".
AHİK sədri üçtərəfli komissiyanın yaradılması məsələsinin yaxın vaxtlarda öz həllini tapacağına ümid etdiyini bildirib.
Beynəlxalq Əmək Təşkilatının baş mütəxəssisi Sergius Qlovatskas da AHİK-in əmək, sosial və iqtisadi münasibətlərin tənzimlənməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirib. O, Azərbaycanda əməkçi insanlara göstərilən diqqət və qayğının məmnunluq doğurduğunu söyləyib. S.Qlovatskas son illər Azərbaycan iqtisadiyyatında böyük nailiyyətlərin əldə edildiyini diqqətə çatdırıb.
Beynəlxalq Əmək Təşkilatının eksperti Odra Mikalauskayte, Litva Həmkarlar İttifaqları Konfederasiyasının sədri Arturas Çerniauskas çıxışlarında üçtərəfli komissiyanın yaradılmasının önəmini vurğulayıb, onun fəaliyyətinin perspektivlərindən danışıblar.
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22