Şoyqu: "MDB ölkələrinin müdafiə sahəsində əlaqələrinin inkişafı qarşılıqlı etimadın yüksəldilməsinə yönəlib"
14:14 12-11-2014
CƏMİYYƏT
Şoyqu: "MDB ölkələrinin müdafiə sahəsində əlaqələrinin inkişafı qarşılıqlı etimadın yüksəldilməsinə yönəlib"
Moskvada MDB Müdafiə Nazirləri Şurasının 67-ci iclası işinə başlayıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şuranın iclasını giriş sözü ilə açaraq bildirib ki, MDB Dövlət Başçıları Şurasının iclası yenicə başa çatıb: "İclasda təhlükəsizliyin möhkəmləndirilməsi və qarşılıqlı sərfəli əməkdaşlığın inkişafı üzrə ölkələrimizin birgə fəaliyyətinə yüksək qiymət verilib. MDB ölkələrinin müdafiə nazirlərinin bugünkü görüşü bu istiqamətdə növbəti addımdır".
O qeyd edib ki, MDB ölkələrinin müdafiə sahəsində əlaqələrinin inkişafı qarşılıqlı etimadın yüksəldilməsinə, mehriban qonşuluq siyasətinin saxlanılmasına, milli silahlı qüvvələrin təkmilləşdirilməsinə yönəldilib.
Qeyd edək ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov Şuranın iclasında iştirak edir. Azərbaycandan başqa, Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan müdafiə nazirləri səviyyəsində təmsil olunur.
Digər Xəbərlər
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57