Almaniyadakı Türk-Azərbaycan Birliyi erməni təxribatlarına qarşı hazırlığa başlayıb
Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) Almaniyadakı Türk-Azərbaycan Birliyi İdarə Heyətinin növbəti iclası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Berlin-Brandenburq Atatürkçü Düşüncə Dərnəyinin nümayəndələri də iştirak edib.
İclası giriş sözü ilə Almaniyadakı Türk-Azərbaycan Birliyi İdarə Heyətinin sədri Hakkı Kəskin açıb. Müzakirəyə çıxarılan əsas məsələ erməni fitnəkarlıqları ilə türk dünyasına qarşı törədilmiş soyqırımların dünyaya çatdırılmasına dair təbliğati işlərin aparılması olub. H.Kəskin xüsusilə 2015-ci ildə gözlənilən erməni təxribatlarına hazırlıq haqqında danışıb. Müzakirələrdə Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Bahattin Kaya, Atatürkcü Düşüncə Mərkəzinin sədri Olcay Başeğmez, AAKM-nin icraçı direktoru Samira Patzer-İsmailova və digərləri çıxış edərək fikirlərini bölüşüblər.
Daha sonra İdarə Heyətinin üzvləri 2014-cü ilin dekabr ayı üçün planlaşdırılmış tədbirlər - 6-7 dekabrda Berlində, 13-14 dekabrda Hamburqda keçiriləcək seminar və konfransın təşkili ilə bağlı məsələləri də müzakirə ediblər. Nəzərdə tutulan seminar və konfranslar qondarma "erməni soyqırımı"nın tarixi və arxiv faktları ilə ifşasına dair məlumatların, "soyqırımın" yalan və iftiralar əsasında uydurulduğunu sübut edən faktların açıqlanmasına həsr ediləcək. Tədbirdə millət vəkili, professor Musa Qasımlı, Türkiyə və Almaniyadan olan elm və siyasət nümayəndələrinin çıxışı gözlənilir.
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35