Müsavatda açıq savaş başlayıb
10:11 13-11-2014
CƏMİYYƏT
Müsavatda açıq savaş başlayıb
Qubad İbadoğlu və tərəfdarları İsa Qəmbərə son xəbərdarlıq edib; "Ya Arif Hacılını susdur, ya da böyük parçalanma olacaq"
Məlum olduğu kimi, noyabrın 11-də Müsavat Partiyasının Divanı partiya daxilindəki vəziyyətlə bağlı bəyanat qəbul edib. Qərara alınıb ki, Divanın növbəti toplantısında Müsavat Partiyasının ümumi ideoloji-siyasi xəttinə zidd, partiyanın VIII Qurultayının qərarlarını şübhə altına alan fəaliyyətə dair müzakirələr keçirilsin. Bununla əlaqədar partiya üzvləri Səxavət Əlisoy və Əlövsət Talışxanlı Müsavat Partiyası Divanının 17.11.2014-cü il tarixli növbəti iclasına dəvət olunub.
"Unikal"ın məlumatına görə, qarşı tərəf dəvəti qəbul etmək niyyətində deyil. Hətta bu dəvətə qarşı arqessiv reaksiyalar da verilib. Belə ki, başqanlığa sabiq namizəd, partiya daxilindəki narazıların yaratdığı işçi qrupun üzvü Səxavət Əlisoy deyib ki, Müsavatın saxtakar başqanını qəbul etmədiyimə görə Divana getməyəcəm. Səxavət Əlisoy isə bildirib ki, qurultayın legitimliyini qəbul etmirəm. O, partiya Divanının heç bir siyasi anlam kəsb etmədiyini vurğulayıb: "Qurultayın legitimliyini qəbul etmirəmsə, deməli, Məclisi, Divanı və digər qurumları da qəbul etmirəm. Mənim üçün Divanın heç bir siyasi anlamı yoxdur. O Divan hansı qərarı verirsə versin, bir anlamı yoxdur. Buna görə də mən Divana getməyəcəyəm. Partiyada repressiyalar başlayıb, öz saxtakarlıqlarını ört-basdır etməyə cəhd göstərirlər. Düşünürlər ki, bəlkə bir-iki nəfəri cəzalandırmaqla, o biri şəxslər geri çəkiləcək".
Ancaq deyəsən, məsələ bununla bitmir. Başqanlığa sabiq namizəd Qubad İbadoğlu da Divanın bəyanatına münasibət bildirərək, bunu Müsavat rəhbərliyi tərəfindən növbəti repressiya kimi qiymətləndirib. Onun sözlərinə görə, bəyanat müsavatçıların fərdi hüquqlarına ziddir: "Müsavatın hazırkı rəhbərliyi rayonlarda da bəyanat "istehsalı" ilə məşğuldur. Bundan əvvəl də Məclis bəyanatla çıxış etmişdi. İndi də eyni məzmun, eyni çağırışlar və eyni ritorika ilə Divan bəyanat yayıb. Bu bəyanatlarda qurultayın nəticəsi, eləcə də hazırkı idarəçiliklə razılaşmayan və partiyanın gələcəyindən narahatlıq keçirərək öz fikirlərini ifadə edən şəxslərin cəzalandırılmasına çağırışlar partiyadaxili demokratiyanın inkişafını əngəlləyir, hər bir müsavatçının fərdi olaraq ifadə və söz azadlığını pozur. Bir mərkəzdən idarə edilən və demokratik idarəetməyə zidd olan belə sənədlərin kütləviləşməsi bəzi mətləblərə aydınlıq gətirdi. Birincisi, onu göstərdi ki, hazırkı rəhbərliyin idarə üsulları repressiv metodlara istiqamətlənir. İkincisi, barışıqla, qucaqlaşma ilə bağlı əvvəl səsləndirilən fikirlər səmimi olmayıb. Üçüncüsü, bu bəyanatlar birləşdirici deyil, bölüşdürücü mövqeyə xidmət edir. Bu, həm də partiya Mərkəzi Nəzarət-Təftiş Komissiyasına istənilən qərarı qəbul etmək üçün siyasi baxımdan münbit mühit yaradır".
Qubad bəyin qənaətincə, Səxavət Əlisoy, Əlövsət Talışxanlı kimi partiyanın nüfuzlu və stajlı şəxslərinin izahatlarının alınması üçün Divana çağırılması da qəbuledilməz hadisədir: "Bütün bunlar onu göstərir ki, onların partiyada barışığa meyli yoxdur. Başa düşmürlər ki, onların fəaliyyətindən narazı qalanlar, bir konfrans zalına yerləşməyən 150-200 nəfərlə məhdudlaşmır və sayları minlərlə, on minlərlədir. Odur ki, yeganə çıxış yolu hazırkı idarəçiliklə razılaşmayan partiya üzvlərini dinləmək və onlarla dialoq qurmaqdan keçir. Bizim əsas tələbimiz odur ki, partiya Nizamnaməyə uyğun idarə olunsun. Ancaq hazırkı rəhbərliyin yeganə düşüncəsi Müsavatın indiki idarəçiliyindən və gələcəyindən narahat olan adamların cəzalandırılmasına yönəlib və bu yanlış yanaşma gərginliyi daha da artırır. Nə qədər gec deyil, onları bu yoldan çəkinməyə çağırıram".
"Unikal"ın əldə etdiyi məlumat görə, Qubad İbadoğlu Müsavat başqanı Arif Hacılının onun üzərinə dörd bir yandan gəldiyini hiss edir. Bizi bilgiləndirən Müsavat fəalının sözlərinə görə, Arif Hacılı hələlik tam gücü ilə hücuma keçməyib: "Ancıq bu dəqiqə Arif Hacılı Qubad İbadoğluna öldürücü zərbə vurmağa hazırlaşır. Bunun üçün əlində kifayət qədər imkanlar da var. Çünki MNTK da, Məclis də, Divan da Arif Hacılıya yaxın şəxslərdən ibarətdir. Ona görə də hər hansı bir qərar qəbul olunacaqsa, onun xeyrinə olacaq".
Müsahibimizin məlumatına görə, vəziyyətin kritikliyini görən Qubad İbadoğlu İsa Qəmbərlə görüşərək Arif Hacılını durdurmağı istəyib. O, belə bir şərt irəli sürüb ki, əgər Arif Hacılı qurşaqdan aşağı vurmağı dayandırmasa, tərəfdarları ilə partiyanı tərk edəcək və yeni bir partiya yaradacaq. Bu isə Müsavatın sonu deməkdir. Ona görə də İsa Qəmbərin seçimi olduqca vacibdir.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24