Ermənistanın şişirdilmiş rəqəm oyunu
Qondarma "Dağlıq Qarabağ Respublikası" "özünümüdafiə qüvvələrinin" 23000 əsgəri var, onlardan 8000-i Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusudur
Almaniya Bundestaqının internet saytında "Dağlıq Qarabağ uğrunda iğtişaşlar" sərlövhəli məlumat dərc olunub.Məlumatda bu ilin əvvəlindən Dağlıq Qarabağ münaqişəsində atəşkəsin pozulması hallarının intensivləşdiyi qeyd olunur.Bildirilir ki, Bundestaqın "Solçular" fraksiyasının bununla bağlı AFR hökumətinə ünvanlandığı sorğuya Xarici İşlər Nazirliyi cavab verib.
"Solçular" Fraksiyasının 18/2728 nömrəli kiçik sorğusuna Federal hökumətin 18/2816 nömrəli cavabında deyilir: "Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsidir, amma erməni silahlı qüvvələrinin nəzarətindədir".Cavab məktubunda, həmçinin bildirilir ki, təmas xəttində qarşıdurmalar iyulun sonu və avqustun əvvəlində zirvə nöqtəsinə çatıb, sonradan yenidən əvvəlki illərin vəziyyətinə qayıdıb. Daha çox snayper və avtomatlardan, eləcə də digər piyada əl silahlarından istifadə olunub.Federal hökumətin məlumatına görə, qondarma "Dağlıq Qarabağ Respublikası" "özünümüdafiə qüvvələrinin" 23000 əsgəri var. Onlardan 8000 nəfəri Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusudur. Amma ekspertlər hesab edir ki, Dağlıq Qarabağda mövcud olan hərbi hissələr və əsgər heyəti bütövlükdə Ermənistandan gətirilmiş şəxslərdir. Çünki bu gün Dağlıq Qarabağda o qədər erməni yaşamır ki, hələ 23000 nəfərlik əsgər də cəlb edə bilsinlər. Çünki hərbi xidmətə bəlli yaşda olan şəxslər cəlb olunur ki, bu yaş həddində də Dağlıq Qarabağda erməni tapmaq faktiki mümkün deyil. Qeyd edək ki, bu günlərdə Ermənistanda gənclərin etirazı oldu və Dağlıq Qarabağda hərbi xidmət çəkmək istəməyən bir neçə gənclə bağlı cinayət işi də açıldı. Bu isə bir daha sübut etdi ki, Dağlıq Qarabağ ərazisinə hərbçilər məhz Ermənistandan aparılır. İndi isə gəlin, Azərbaycanla Ermənistanın hərbi gücləri arasındakı fərqə baxaq. Hərbi büdcəyə gəldikdə 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, 2013-ci ildə 3,7 milyard ABŞ dolları təşkil edib. 2014-cü il üçün hərbi büdcəmiz 3 milyard 800 milyon dollar civarındadır.
Ermənistanda isə 2013-cu il dövlət büdcəsinin bütövlükdə gəliri 2,9 mlrd. dollar (Azərbaycanın yalnız hərbi büdcəsindən 900 milyon ABŞ dolları az), xərcləri isə 3,1 mlrd. dollar olub. Həmin il Ermənistan dövlət büdcəsində hərbi xərclər 495,3 mln ABŞ dollarına (149,6 mlrd. dram) çatdırıb.Canlı qüvvə məsələsində də fərq böyükdür. Belə ki, Azərbaycanın 126.400 əsgər hərbi qüvvəsi var. Ehtiyat əsgərlərin sayı 550 mindir. Muzdlu əsgəri yoxdur.
Ermənistan isə 60 min əsgərə və 320 min nəfər əlavə ehtiyat qüvvəyə malikdir. Məlumatlara görə, işğal olunmuş Azərbaycan ərazilərində ermənistanlı çağırışçılarla yanaşı, 3.200 muzdlu da xidmət edir. Xaricdəki erməni diasporunun xətti ilə maliyyələşən muzdlu əsgərin hər birinə ayda 300 ABŞ dolları məvacib verilir. Xaricdəki diaspor tərəfindən maliyyələşdirilən bu muzdluları erməni hərbi ekspertlər özləri də qüvvə hesab etmirlər. Onların fikrincə, savaş başlayacağı təqdirdə muzdlular daha çox pula Azərbaycanın tərəfinə keçə bilərlər. Qeyd edək ki, hərbi texnikaların imkanlarına gəldikdə iki ölkə arasında bu məsələdə də fərq var. Belə ki, Azərbaycan ən müasir texniki avadanlıqlara sahiblənməkdədir və sonuncu dəfə Azərbaycan İsraildən 1 milyard manatdan çox dəyərində hərbi silah-sursat aldı ki, bura hava hücumundan müdafiə sistemi və pilotsuz təyyarələr daxildir. Ermənistan ordusunun texniki resurslarını isə Rusiyadan alınan texnikalar təşkil edir ki, onların da keyfiyyəti dünya standartlarına cavab vermir. Beləliklə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan siyasi müstəvidə hücum diplomatiyasını tətbiq etdiyi kimi, hərbi sferada da hücum ordusu yaradıb və bu proses davam etdirilir.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24