Müsavatın qərargahının qarşısında rüsvayçı aksiya olacaq
13:55 14-11-2014
CƏMİYYƏT
Müsavatın qərargahının qarşısında rüsvayçı aksiya olacaq
Arif Hacılının sərt qərarları əleyhdarlarını partiyanın binası önündə aksiya keçirməyə vadər edib
Son günlər radikal müxalifət düşərgəsindəki istefaların intensivləşməsi cəmiyyətdə də bu qütbə inamı azaldıb. Müxalifət onsuz da etimad göstərilməyən təbəqəyə çevrilsə də, son dövrlərdəki yarpaq tökümü onları tamamilə gözdən salıb. Yenə də Müsavatda ara qarışıb. Müsavat Partiyasının Divan üzvü, tanınmış politoloq Hikmət Hacızadə Müsavat Partiyasında fəaliyyətini dondurduğunu bəyan edib.
"Unikal"ın məlumatına görə, Hikmət Hacızadə bu barədə qərarını sosial şəbəkə vasitəsi ilə ictimaiyyətə çatdırıb. Onun statusu söyüşlərlə, nalayiq ifadələrlə dolu olduğundan olduğu kimi təqdim edə bilmirik, amma müəyyən istisnalar olmaqla təqdim edirik: "Saat təxminən 21.30-da belə bir xəbər aldım ki, Kamil Xəlilbəylini (Qubad bəyin tərəfdarı) MNTK-mız partiyadan xaric edib. Səbəb belə göstərilib: "partiyanın siyasi-ideoloji xəttinə xəyanət". Konkret isə onun bir musavatçı xanımla (Arif bəyin tərəfdarı) bir şəxsi məxfi yazışmada söyüşməsi səbəb olub. Belə ki, bu yazışmada xanım onu "…", Kamil bəy isə onu "…" adlandırıb. MNTK bunu siyasi-ideoloji xəyanət kimi qələmə verib. MNTK-nın bu düşünülməmiş qərarına mən qəti etirazımı bildirirəm. Dünya praktikasında məlum olmayan şəxsi yazışmada olan sözlərə görə cəza uca Müsavat Partiyasında tədbiq olundu. Ar olsun!!! Xatırladıram ki, hər bir təhqir və ya böhtan AR və dünya qanunvericiliyində ancaq public (ictimayi diskussiyada) deyilmiş sözlərə görə tətbiq olunur. Şəxsi yazışma isə ümümən aşkara çixarılmamalıdır. Beləliklə, bu qərar tamamən qanunsuz və Müsavata xələl qətirən bır qərardır. Bundan başqa, qulağıma çatıb ki, bu qərar böyük planın bir hissəsidir. Yəni, "narazıların 10-15-ni partiyadan çıxaraq, onda başqaları sakitləşəcək". Ar olsun belə planı düşünənlərə. Mən belə plana qəti etiraz edirəm. Məhəbbət Murad və Kamil Xəlilbəylidən sonra üçüncü belə "narazı" özümü hesab edirəm, və qərarınıza qarşı etiraz edirəm. Bu planı düşünənlərə demək istəyirəm ki, bu plan dayandırılmasa və bu planla partiyadan xaric edilənlərin işınə yenidən baxılmasa, onda məni də bu plana salsınlar və partiyadan xaric etsinlər. Bu məsələ qanun və insan haqları çərçivəsində həll olunmayana qədər partiyada fəaliyyətimi dondururam və partiya rəhbərliyindən insan hüquqlarının təmin olunmasını tələb edirəm".
Baş verənlərlə bağlı Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı mövqeyini bildirib. Bu barədə teleqraf.com-a açıqlama verən Gülağa Aslanlı deyib ki, MNTK şikayətə baxıb və qərar verib: "Qərarın tövsiyyə hissəsini, onun səbəblərini oxumadan Hikmət Hacızadənin belə bir bəyanat verməsini düzgün hesab etmirəm. Hikmət Hacızadə qərarını ölçüb-biçmədən verib. Partiyadan uzaqlaşdırılan Kamil Xəlilbəyli bildirib ki, MNTK onun müsavatçı xanımla "Facebook"dakı söhbətinin müzakirəyə çıxarılması, fərdi söhbətlərin siyasi müzakirəyə çıxarmağın nə qədər düzgün olmasına gəlincə, deyə bilərəm ki, bu məsələ MNTK-da baxılıb. Bununla bağlı heç nə deyə bilmərəm. Çünki mən MNTK-nın üzvü deyiləm".
Onu da nəzərə çatdıraq ki, Kamil Xəlilbəyli onu da qeyd edib ki, əslində onu Qubad İbadoğlunu dəstəklədiyi üçün partiyadan uzaqlaşdırıblar.Gülağa bəy "Çox yanlış fikirdir və müsavatçıları çaşdırmaq məqsədi güdür. Qurultayda Qubad İbadoğlunu kifayət qədər şəxs dəstəkləyib. Onlardan kimsə cəzalandırılıbmı? Yəni kimsə Qubad İbadoğlunu dəstəkləyir deyə onu cəzalandırmaq anlayışı Müsavata yaddır. İstər Arif Hacılıya, Tural Abbaslıya səs vermiş olsun, istərsə də Qubad İbadoğluna. Əgər şəxs nizamnaməni pozubsa cəzalandırılacaq. Sənin namizədin seçilməyibsə və sən Müsavat Partiyasını aşağılayan açıqlamalar verirsənsə, partiya barəndə mütləq qərar çıxaracaq. MNTK konkret şikayət əsasında araşdırma apararaq qərar verməlidir. Bu, belə olmalıdır və belə də olacaq. Kimin hansı yolda olmasından asılı olmayaraq Müsavat Partiyasının qurultayı keçirilib. Qurultaydan sonra Məclis və Məclisə əlavə üzvlər seçilib. Partiyanın MNTK-sı, strukturlar formalaşıb. Müsavat normal qaydada fəaliyyətini davam etdirir. Partiyanın fəaliyyətindən, qərarlarından narazı və razı olanlar olacaq. Amma əksəriyyət Müsavat Partiyasının bu günki siyasi kursundan razıdır. Bunu keçirilən zona müşavirələri təsdiq edir", - söyləyib.
Son olaraq onu da vurğulayaq ki, noyabrın 15-də Müsavat Partiyasının mərkəzi qərargahının qarşısında piket olacaq. Bu barədə Müsavat Partiyasından çıxarılan Kamil Xəlilbəyli məlumat verib. K.Xəlilbəyli bildirib ki, partiya rəhbərliyi tərəfindən haqsızlıqlara etiraz olaraq noyabrın 15-də piket keçirəcək. O, narazı olan digər şəxsləri də piketə qoşulmağa dəvət edib.
Bu isə Müsavat Partiyasının son biabırçılığı olacaq. Çünki hələ indiyə kimi partiya daxilində baş verən qarşıdurmalardan bezərək öz partiyası qarşısında aksiya keçirmək tendensiyası olmayıb.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02