Bahar Muradova: "Hərbi helikopterin vurulması Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasının nəticəsidir"
"Biz hərbi helikopter məsələsindən əvvəl də Ermənistan qoşunlarının Azərbaycan ərazilərini işğal altında saxlaması məsələsini daim ATƏT Parlament Assambleyasının sessiyalarında qaldırmışıq. Bu, bizim gündəliyimizə daxil olan daimi bir məsələdir. İstənilən halda vəziyyətin bu yerə gəlib çatması Azərbaycan nümayəndə heyəti tərəfindən ATƏT-in qış sessiyasında qaldırılacaq. Hərbi helikopterin vurulması, sadəcə, bir fakt deyil, uzun illər aparılan təcavüzkar siyasətin davam etməsinin bariz nümunəsidir".
Bunu açıqlamasında Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova söyləyib.
B.Muradova deyib ki, son vaxtlar, xüsusən avqust ayından başlayaraq bir neçə dəfə təmas xəttində vəziyyətin gərginləşməsi, hətta işin irimiqyaslı əməliyyatlar keçirilməsi həddinə çatması, son günlər hərbi vertolyotun vurulması diqqət mərkəzindədir: "Düşünürəm ki, bu məsələni qaldırmaq, ATƏT-in və Minsk Qrupunun diqqətini bu məsələyə yönəltmək üçün ATƏT PA-nın sessiyalarını gözləməyə də ehtiyac yoxdur. Biz bunu mətbuat vasitəsilə də edə bilərik və bununla bağlı artıq münasibətimizi ifadə etmişik. Düşünürəm ki, ATƏT rəsmiləri bu məsələyə adekvat münasibət bəsləməlidir".
B.Muradova qeyd edib ki, son hadisə Azərbaycan nümayəndə heyətinə münaqişənin dondurulmuş yox, həlli uzadılmış bir şəkildə və gündəlik insan itkiləri ilə nəticələnən bir prosesdə olduğunu diqqətə çatdırmağa imkan verir: "Hərbi helikopterin vurulması Ermənistan qoşunlarının 22 ildən artıqdır Azərbaycan torpaqlarını işğal altında saxlamasının nəticələrindən biridir və Ermənistan hərbi-siyasi rəhbərliyi bundan ciddi nəticə çıxarmalıdır".
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35