Sərdar Cəlaloğluna qarşı şok ittiham
10:34 15-11-2014
CƏMİYYƏT
Sərdar Cəlaloğluna qarşı şok ittiham
Hüquq müdafiəçisi ADP sədrinin ondan min manat pul istədiyini iddia edir
Məlum olduğu kimi, ADP sədri Sərdar Cəlaloğlu 2013-2014 cü illərdə Azərbaycan xalqının, millətinin qəhrəmanlarını və görkəmli şəxsiyyətlərini təhqir və təkzib etməklə yaddaşlarda qaldı.
Bu barədə "Unikal"a açıqlama verən hüquq müdafiəçisi Azad İsgəndərli deyib ki, partiya sədrinin bu və ya digər formada milləti təhqir etmə, aşağılamaq kimi əməllərinə qarşı ölkədə tək çıxıb və onun mətbuat vasitəsilə adekvat cavabını verib: "Daha doğrusu, onun cavabını xalq artistləri, ölkə ziyalıları və sairə təbəqənin üzvləri həm mətbuat, həm sosial şəbəkələr vasitəsilə verdilər. Amma nədənsə, bu insanların içərisində Sərdar Cəlaloğlu məni seçdi və Şirvan şəhər məhkəməsinə müraciət edərək mənəvi zərərin ödənilməsinə dair iddia qaldıraraq məndən 30 min manat pul istədi. Sonralar məlum oldu ki, məni seçməkdə məqsədi Türkçülük, Azərbaycançılıq uğrunda fəaliyyət göstərən bir şəxs olduğumdan özünü reklam etmək olub. Bu adam Türkçülüyə , Azərbaycançılığa qarşı mübarizə apardığından onun üçün ən gözəl hədəf mən idim. Şirvan şəhər məhkəməsinin Hakimi Ziya Əliyev isə mən məhkəmə iclasında olmaya-olmaya Sərdar Cəlaloğluna 10 min manat mənəvi zərərin ödənilməsinə dair qətnamə çıxarıb. Qətnamədən Şirvan şəhər Apellyasiya məhkəməsinə müraciət etdim. Apellyasiya məhkəməsində Sərdar Cəlaloğlunun nümayəndəsi və eyni zamanda müavini Taliyyət Əliyev adlı şəxslə tanış oldum. Sözün əsl mənasında Taliyyət Əliyev çox canfəşanlıq edirdi. Və sübut etməyə çalışırdı ki, onlar bu iddianı pula görə yox , sadəcə, olaraq haqsızlığa uğradıqları üçün qaldırıblar. İndi Sərdar Cəlaloğlunun nə dərəcədə "haqsız" olduğunu ölkə ictimaiyyəti çox gözəl bilir. Şirvan şəhər Apellyasiya məhkəməsinin hakimi Qəzənfər müəllim isə hesab etdi ki, 1-ci instansiya məhkəməsi iddianı düzgün təmin etməyib, qoy bu iddia 10 min manat yox, olsun 1000 manat. Beləliklə Şirvan şəhər Apellyasiya məhkəməsi 1-ci instansiya məhkəməsinin çıxardığı qətnaməni ləğv edərək mənim iddiamı qismən təmin edərək 10 minat ödənişi 1000 manata endirdi".
Hüqüq mudafiəçisi onu da deyib ki, məhkəmədən çıxandan sonra Sərdar Cəlaloğlunun nümayəndəsi Taliyyət Əliyevdən onunla bir neçə gün əvvəl aramızda yaranmış olan mübahisədən dolayı üzr istəyərək ayrılıblar: "Mən məsələnin belə bir şəkildə bitib qurtardığını yəqin edərək heç Ali Məhkəməyə də müraciət etmədim. Təssəvvür edin ki, üstündən 2 ay keçən kimi, bu adamlar Şirvan Şəhər İcra şöbəsinin əməkdaşlarına zənglər vuraraq, tez-tez Şirvana gələrək 1000 manatı tələb edirlər. Açıqcası, mən bu məsələni icraçılardan eşidəndə inanmadım. O günə qədər ki, Taliyyət Əliyevin Şirvan şəhər İcra şöbəsinin baş məmuru Dəyanət Lətifovla telefon əlaqəsi olduğunu bilənə və Sərdar Cəlaloğlunun bank rekvizitləri mənə təqdim olunana qədər. Artıq İcra şöbəsinin baş məmuru Dəyanət Lətifov məni məcbur qalıb məhkəməyə də verib. Çünki bu adamlar təcili olaraq 1000 manatın məndən alınıb onlara verilməsini tələb edirlər. Belə qərara gəldik ki, mən Qarabağ müharibə Veteranıyam və dövlət mənə hər ay 45 manat veteran pulu verir, o puldan hər ay 30 manatını ona ödəyim. O isə buna da razılaşmır və tələb edir ki, "yox hamısını versin". Üstəlik əks halda icra məmurunun özündən də yuxarı instansiyalara şikayət edəcəyini də deyib".
Məsələylə bağlı "Unikal"a açıqlama verən ADP sədrinin müavini Taliyyət Əliyev deyib ki, adı çəkilən məhkəmə prosesində Sərdar bəyin nümayəndəsi kimi iştirak edib: "Bu adam məsuliyyətdən yayınmaq üçün bu cür variantlara əl atır. Bu günə kimi çıxmadığı oyunlar qalmadı. Məhkəməni şantaj etdi, məni şantaj etdi, kimlərinsə vasitəsilə məni şantaj etməyə cəhd etdi, məhkəməyə dostu Əli Mirəliyevi gətirdi, üstümə Şirvan şəhərində hücum etdi, maşınla qabağımı kəsdi, hədə-qorxu gəldi, deputat Azay Quliyevin adından sui-istifadə edərək məhkəməyə təsir göstərməyə çalışdı, məhkəməyə işçisi olduğu bir xanımı gətirərək öz günahını onun boynuna qoydu, bütün bu "priyomları" kara yetməyəndə yalançı üzrxahlıq diləməyə cəhd etdi. Bu cür murdar əməlləri edən özünə "Başbuğ" və "Baştürk" ləqəbi seçən bir adamın üzrxahlığını necə qəbul etmək olar. Qadını özünə sipər seçən "Başbuğ" indi millətə əxlaq və kişilik dərsi keçir. Bu adam öz profilində heç bir əxlaq normalarına sığmayan söyüşlər, təhqirlər və s. yazır. Özü də hüquq müdafiəçisidir və vəkildir. Belə bir adam necə hüquq müdafiəçisi və vəkil ola bilər? Bu adam bir dəfə çirkin əməllərinin sayəsində türmədə də yatıb. Amma, görünür ağıllanmayıb. Hələ cavandır, yəqin ağıllanar. Artıq profilində yazdığı söyüşlərin çoxunu silib. İndi də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini yerinə yetirməmək üçün köhnə "priyomları" işə salıb. Amma artıq bunlar işlənmiş "priyomlar"dır. Ən yaxşı "priyom" isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini yerinə yetirməkdir. Ruslar demiş "protiv loma, net priyoma." Bunu "Başbuğ" bilsə yaxşıdır".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02