"Demokratiya qılınc bahasına yayıla bilməz"
11:52 09-05-2012
SİYASƏT
"Demokratiya qılınc bahasına yayıla bilməz"
"Ermənistan artıq birinci dəfə deyil ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qondarma "seçkilər" keçirir"
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev təşkilatın baş katibi Pan Gi Muna məktub göndərərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qondarma "prezident seçkisi" keçirilməsinə etiraz edib.
Məktubda bildirilir ki, beynəlxalq səviyyədə, o cümlədən BMT Baş Məclisində və Təhlükəsizlik Şurasında Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin və ətraf yeddi rayonun erməni hərbi işğalı altında olması təsdiq edilib: "Ermənistan Azərbaycan ərazisini işğal etmək və orada etnik əsasda oyuncaq separatçı qurum yaratmaq üçün qüvvə tətbiq edib və bu, təcavüzün və irqi ayrı-seçkiliyin məhsulundan başqa bir şey deyil.
Bu rejim Ermənistanın siyasi, hərbi, iqtisadi və digər dəstəyi sayəsində mövcuddur. Separatçı qurumun və onun strukturlarının qeyri-qanuniliyi beynəlxalq səviyyədə birmənalı şəkildə dəfələrlə təsdiq edilib. Bu qurum heç kim tərəfindən tanınmır və əslində Ermənistan Respublikasının idarəçiliyi və nəzarəti altındadır.
Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişənin danışıqlar yolu ilə həllinə nail olunması üçün siyasi səylərə baxmayaraq işğalçı ölkə olan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində müxtəlif qanunsuz hərəkətlər çərçivəsində həyata keçirdiyi siyasət və praktik addımlar bu ərazilərin anneksiyasını möhkəmləndirmək niyyətindən xəbər verir.
BMT Nizamnaməsinə, beynəlxalq hüquq prinsiplərinə və Baş Məclisin və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, habelə Azərbaycan Konstitusiyasına və milli qanunvericiliyə məhəl qoymayan Ermənistan artıq birinci dəfə deyil ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qondarma "seçkilər" keçirir. Lakin hamıya məlumdur ki, demokratiya qılınc bahasına yayıla, qanunsuz akt isə qanuni hüquqları təmin edə bilməz. Buna görə də davam edən təcavüz, işğal və etnik təmizləmə şəraitində Azərbaycanın işğal olunmuş ərazilərində hər hansı seçkilər prosesinin təşkili "a priori" qanuni hesab edilə və birtərəfli qərarın zorla qəbul edilməsi üçün əsas sayıla bilməz.
Mənim hökumətim ümid edir ki, BMT və onun üzvü olan dövlətlər Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozan, insan haqlarına və əsas azadlıqlarına hörmətsizlik nümayiş etdirən və münaqişənin nizama salınmasına yönəldilmiş siyasi səyləri əngəlləyən təxribatçı və qanunsuz hərəkətlərə qarşı yenidən birmənalı şəkildə münasibətini bildirəcək. Biz beynəlxalq birliyi Ermənistan rəhbərliyindən pozucu anneksiya və etnik təmizləmə siyasətini dayandırmağı, sülh prosesini diskreditasiya etmək cəhdlərindən əl çəkməyi və Azərbaycan ərazisinin işğalına son qoymağı tələb etməyə çağırırıq".
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35