Tural Abbaslı da İsa Qəmbərə qarşı çıxdı
"İsa Qəmbər bu gün Müsavat Partiyasında baş verənlərin hakimiyyətlə əlaqəsi olduğunu nəzərdə tutursa, mən bu fikirlə razı deyiləm. Mən qurultayın nəticələrindən yox, qurultaydan sonra partiyada yaranmış vəziyyətdən narazıyam". Bunu açıqlamasında Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı deyib.
Qeyd edək ki, partiyanın sabiq başqanı İsa Qəmbər Müsavatda baş verənləri partiya ilə hakimiyyətin savaşı kimi qiymətləndirib. T. Abbaslı isə İ. Qəmbərin mövqeyi ilə razılaşmayıb: "Biz partiyadaxili idarəetməyə, atılan radikal addımlara etiraz edirik. Partiyadaxili demokratiyanın və münasibətlərin pozulmasından narazıyıq. Heç kim deyə bilməz ki, biz bu və ya digər formada hakimiyyətin maraqlarına uyğun addım atırıq. Burada yalnız Müsavatın marağı var. Partiyanın demokratik imicinin qorunmasının tərəfdarıyıq. Düşünürəm ki, İsa Qəmbər fikirlərini daha açıq şəkildə ifadə etməlidir".
T. Abbaslının fikrincə, partiyadakı istefalarda İsa Qəmbərin rolu yoxdur.
Müsavat Qadınlar Təşkilatının sədri Ellada Məmmədli isə APA-ya açıqlamasında deyib ki, Müsavatın indiki rəhbərliyi dəfələrlə onları hakimiyyətlə əməkdaşlıqda ittiham edib. Onun sözlərinə görə, İsa Qəmbərlə Arif Hacılının razılaşdırılmış addım atdığı görünür: "Guya İsa Qəmbər iclaslara müdaxilə etmir. Halbuki Divanın iclasları onun otağında keçirilir. Divanın iclasının onun otağında və onun iştirakı ilə keçirilməsi məndə müdaxilə qənaəti yaradır. Düşünürəm ki, Arif Hacılı ilə İsa Qəmbər arasında razılaşdırılmış məsələlər var".
Digər Xəbərlər
2024-12-25 20:58:12
2024-12-25 20:30:19
2024-12-25 19:19:09
2024-12-25 18:32:06
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05