"Tumun saxta və aldadıcı reklamını aparırlar"
Bir qrup ölkə vətəndaşının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevə və Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənova ünvanladığı müraciət əsasında hazırladığımız "Genefondumuza "tum zərbəsi" sərlövhəli yazı geniş ictimai marağa səbəb oldu. Məlum oldu ki, cəmiyyət üçün xüsusi ilə narahatlıq doğuran məqam tum firmalarının yalançı, saxta reklam kampaniyalarıdır. Bununla da bəzi işbazlar faktiki olaraq insanların cibinə girirlər. Reklamı qumar oyununa çevirib, azyaşlılarda psixoloji asılılıq yaradırlar.
Biz aktuallığını nəzərə alıb, İstehlakçı Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri cənab Eyyub Hüseynovun da problemə münasibətini öyrəndik: "Çoxlu ölkələr gəzmiş, istelak hüquqlarını qoruyan 122 ölkə ilə əlaqələri olan bir adam kimi mən də deyə bilərəm ki, tum çırtdamaq mədəniyyətsizliyi Azərbaycanda ən geniş yayılmış bir ənənədir. Dünyada heç bir analoqu olmayan çox gözəl və hətta Parisin Yeni Seska Palya bulvarıynan Bakı bulvarını müqayisə etsək biz görərik ki, Bakı bulvarında çoxlu tum çırtanıb tökülüb yerə, hərənin əlində bir tum kisəsi davam eleyir.
Ən acınacaqlısı odur ki, tumun böyük, geniş və aldadıcı reklamını aparırlar. Bəzi tumlar vasitəsiylə çoxlu xəstəliklər yayıla bilər, istənilən xəstəlik istənilən adama keçirilə bilər və s. Bu işə hətta televizyaları da qoşublar, bütün Kütləvi İnformasiya Vasitələrini də. Nəticə çox ağrılı ola bilər. Xüsusi ilə də kiçik yaşda uşaqlarımız üçün. Narkomaniya qədər təhlükəlidir bu, tum firmaları elə bil qumara çeviriblər reklamı.
Birmənalı şəkildə mən istehlakçıları ümumilikdə bu mədəniyyətsizlikdən uzaq olmağa çağırıram. Buna son qoyulmalıdır və üstəlik "stimullaşdırıcı" kampaniyalar keçirirlər.
Bizə bir neçə il öncə şikayət gəlmişdi.Tumların içindən çıxan kupondan vətəndaş dediyi 07 juqili udmuşdu. Məlum oldu ki,yalançı bir şeydir heç bir uduş,filan eləmirlər və.s Təəssüf ki, bu yalançı uduşlar bu gün də davam edir. Yəni əhali bu saxta uduşlara, saxta kampaniyalara inanmasın. Hazırda Milli Məclisdə reklam haqqında qanunun müzakirələri dayanır. Reklam haqında qanun qüvvəyə minəndən sonra, mən də mümkün olan işlər aparacam ki, tumun yalançı reklamına son qoyulsun".
Digər Xəbərlər
2024-12-25 19:19:09
2024-12-25 18:32:06
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57