Pənah Hüseyn müttəfiqlərini satmağa hazırlaşır
12:38 21-11-2014
CƏMİYYƏT
Pənah Hüseyn müttəfiqlərini satmağa hazırlaşır
AXP sədri müəyyən dairələrlə bazarlığa gedərək parlamentə düşmək üçün yollar axtarır
Müxalifət düşərgəsində bir-birini satmaq, şəxsi maraqlarını ümumi mənafedən üstün tutmaq adi hala çevrilib. Azərbaycanın radikal müxalifət nümayəndələri bu məsələdə çox mahirdirlər.
Bildiyiniz kimi, noyabrın 12-də KXCP qərargahında Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin toplantısında hakimiyyət-müxalifət dialoqu ilə bağlı təşəbbüs irəli sürülməsi son günlərin aktual siyasi hadisələrindən biridir. Məlumat üçün bildirək ki, Mərkəzə daxil olan partiyalardan dördünün (KXCP, ADP, ALDP, AXP) rəhbəri ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə etmək üçün Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüş təklif ediblər. Əli Həsənovun məsələyə münasibəti gecikməyib. Belə ki, Əli Həsənov bildirmişdi ki, təşəbbüsə hörmətlə yanaşırlar: "Hakimiyyətlə siyasi partiyalar, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri arasında dialoq demokratik inkişafın zəruri şərtlərindən biridir və vətəndaş cəmiyyətinin daha da dərinləşməsinə xidmət edir. Azərbaycan hakimiyyəti ölkədə fəaliyyət göstərən bütün ictimai-siyasi təşkilatlarla dialoqa və əməkdaşlığa həmişə hazırdır. Azərbaycanın ictimai-siyasi həyatında iştirak etməyin siyasi və hüquqi normaları, seçkilər, sağlam siyasi rəqabət, insan hüquq və azadlıqlarının təmin edilməsi və digər məsələlərə dair səmərəli müzakirələr aparıla bilər. Hesab edirik ki, bu sahədə kifayət qədər təcrübə də toplanmışdır. Ayrı-ayrı vaxtlarda ictimai-siyasi qurumların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşlər keçirilmiş, fikir mübadiləsi aparılmış və irəli sürülən dəyərli rəy və təkliflər nəzərə alınmışdır. Buna görə də bir sıra siyasi partiya rəhbərlərinin ictimai-siyasi vəziyyəti müzakirə etmək təşəbbüsünə hörmətlə yanaşırıq. Dialoqla bağlı konkret təkliflər olarsa, onları nəzərdən keçirməyə hazırıq".
Milli Şuraya və AXCP-yə daxil olan bəzi siyasilər isə partiyaların Əli Həsənovla görüş təşəbbüsünə mənfi münasibət sərgilməkdədirlər. Onlar belə bir təşəbbüsdə bulunanları hakimiyyətə yaxınlaşmaqda ittiham edirlər. Məsələn, Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli özünün facebook səhifəsində məsələyə belə münasibət bildirib: "15 partiya görüş üçün Əli Həsənova müraciət etdi. Dərhal da cavab gəldi. Təklif müsbət qarşılanıb. Nə gözəl anlaşdılar! Maşallah! Bizə də sevinmək qalır. Allah daha da mehriban etsin. Bir də ki, hökumətimizin şəffaflıq rejiminə keçməsi çox sevindiricidir. Əli Həsənov partiyalara YAP rəhbərliyinin təlimatlarını çatdıracaq. Belə funksional əməkdaşlığı mən şəxsən çox bəyənirəm. Partiyalara qarşıdan gələn parlament seçkisində bu əməkdaşlığın bəhrəsini görməyi arzulayıram".
"Unikal"ın əldə etdiyi məlumata görə, Müsavat Partiyasına yaxın olan AXP sədri Pənah Hüseyn hakimiyyətlə müxalifəti bir araya gətirmək təşəbbüsünü öz üzərinə götürüb. Artıq ilkin təmasların olduğu da bildirilir. Bu barədə mətbuata verdiyi açıqlamada da həmin təşəbbüsün tərəfdarı olduğunu gizlətməyən Pənah Hüseyn deyib ki, Əli Həsənovun partiya sədrlərinin onunla görüş təşəbbüsünə ümumi reaksiyasını pozitiv dəyərləndirmək, müsbət qarşılamaq olar: "Müraciətin rəsmən edilməsinə gəldikdə bu, müvafiq formada edilib və bu ətrafda ilkin müzakirə də artıq olub. Görüşə müraciət dörd partiyanın sədri tərəfindən edilsə də əvvəldən məsələ İnsan Haqları və Demokratiya Mərkəzində əməkdaşlıq edən partiyaların da diqqətinə çatdırılıb. Qeyd elədiyim ilkin müzakirələr barədə də həmin partiyalar məlumatlandırılacaq. Görüşün müddəti, yeri, forması ola bilsin ki, həm də formatı görüş istənilən tərəflə müzakirələr davam edəcəksə həmin müzakirə gedişində dəqiqləşəcək. Kifayət qədər maraq doğuran ideyalar, təkliflərdir. Mən bu görüş təşəbbüsünün əhəmiyyətinin nə şişirdilib qeyri-real gözləntilər yaradılmasının, nə də onun əhəmiyyətinin aşağı salınmasının tərəfdarıyam. İndiki mərhələdə yalnız onu demək olar ki, kifayət qədər ciddi proses də başlaya bilər, hər şey indiki kimi də qala bilər".
Bizi bilgiləndirən şəxsin sözlərinə görə, Pənah Hüseyn Müsavat Partiyası ilə razılıq əldə edib. KXCP və digər partiyalarla isə danışıqlar apırılır. "Məsələ ondadır ki, Pənah Hüseyn görüşdüyü şəxslərlə onlara 2015-ci il parlament seçkilərində mandat veriləcəyini bildirir. Mənim bildiyimə görə Müsavata da, KXCP-yə də parlamentdə yer veriləcəyi ilə bağlı danışıq apararaq onların adından bazarlıq edir. Amma əslində elə bir söhbət yoxdur. Seçki ənənəvi qaydada keçirləcək. Bir də ki, bu düşərgədə normal adam qalıbmı ki, deputat seçilsin. Ancaq Pənah Hüseyn müttəfiqləri adından bazarlıq edərək parlamentə düşmək istəyir, amma onun bu niyyətinin baş tutacağı da inandırıcı görünmür", - deyə mənbə fikrini tamamlayıb.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22